Icma.az
close
up
RU
“Azərbaycan Könüllülük Həftəsi 2024”ün başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Azərbaycan Könüllülük Həftəsi 2024”ün başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Azərbaycan Könüllülük Həftəsi 2024”-ə start verilib. 5-16 dekabr tarixlərini əhatə edəcək sayca 7-ci "Azərbaycan Könüllük Həftəsi” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "ASAN Xidmət” və IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Dekabrın 5-də "Azərbaycan Könüllülük Həftəsi 2024”-ün başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Səyyarə Məmmədova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Qəhrəmanov, "ASAN Xidmət”-in nümayəndəsi Əsli İbrahimli, Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev media nümayəndələrinə bildirib ki, bu il keçiriləcək "Könüllülük Həftəsi” çərçivəsində ölkənin bir çox şəhər və rayonlarında 20 mindən çox könüllü birləşərək bir sıra ekoloji aksiyalar, sosial təşəbbüslər və maarifləndirici tədbirlər təşkil edəcək. Əlavə olaraq vurğulanıb ki, "Könüllülük Həftəsi” Azərbaycan gəncliyinin sosial məsuliyyətini, ictimai həyatda iştirakçılığını gücləndirmək və könüllülük mədəniyyətini inkişaf etdirmək, həmçinin ətraf mühitin qorunması mövzusunda həmrəyliyin artırılmasını hədəfləyir.

Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunan qərarların Azərbaycanda və beynəlxalq səviyyədə həyata keçirilməsində könüllülərin rolunun vacib və çoxşaxəli olduğu qeyd edilib. Könüllülərin iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün iştirak etdiyi müxtəlif təşəbbüslər və fəaliyyətlərin həm yerli, həm də qlobal səviyyədə əhəmiyyət daşıdığı söylənilib.

"Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində baş tutacaq layihə və tədbirlər "Yaşıl Dünya”, "Vətənpərvər Könüllü”, "Yaşıl enerji”, "Sağlam həyat”, "İnsanyönümlü şəhər və mobillik”, "Eko təşəbbüslər”, "Təmiz şəhər”, "Yaşıl dünya üçün birlik”, "Eko mədəniyyət”, "Eko maarifləndirmə”, "COP29 Könüllülərin gözü ilə”, "Beynəlxalq arenada Azərbaycan könüllülüyü” mövzularına həsr olunacaq. Həftənin bu mövzular əsasında həyata keçirilməsi, yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, həm də cəmiyyətimizdə gənclərin ekoloji problemlərə diqqətini cəlb olunmasına və onların ekologiyanın qorunmasına qarşı daha məsuliyyətli yanaşmasının güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, 2018-ci ildən etibarən hər il 5 dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən və artıq ənənə halını almış "Azərbaycan Könüllülük Həftəsi” Azərbaycan Respublikasının Gənclər Fondu və tərəfdaş qurumların dəstəyilə təşkil olunur. Keçirilən tədbirlər könüllülərə yalnız şəxsi inkişaf fürsətləri təqdim etməklə kifayətlənmir, həm də onları cəmiyyətdə müsbət dəyişikliklərin əsas qüvvəsi kimi rolunu möhkəmləndirir.

"Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Dekabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri