Azərbaycan Kuboku: Bu gün daha 5 qarşılaşma baş tutacaq
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutacaq.
Elita təmsilçilərindən "İmişli" "Qaradağ Lökbatan"ı, "Şəfa" "Ağstafa Gəncləri"ni, "Kəpəz" isə "Baku Sportinq"i qonaq edir. "Şamaxı" "Hypers"in qonağı olacaq. I Liqanın iki iddialısı - MOİK və "Şahdağ Qusar" isə Binədə üz-üzə gələcək.
Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" isə penalti seriyasında "Səbail"i məğlub edib.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
14:00. "İmişli" – "Qaradağ Lökbatan"
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, (canlı / "CBC Sport")
14:00. MOİK – "Şahdağ Qusar"
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Binə qəsəbə stadionu
14:00. "Hypers" – "Şamaxı"
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu
16:00. "Şəfa" – "Ağstafa Gəncləri"
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Sumqayıt. "SOCAR Polymer Arena"
19:00. "Kəpəz" – "Baku Sportinq"
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə şəhər stadionu, (canlı / "CBC Sport")
Baxış sayı:74
Bu xəbər 28 Oktyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















