Azərbaycan Kuboku: “Turan Tovuz” darmadağınla növbəti mərhələyə yüksəlib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən “Turan Tovuz” II Liqa təmsilçisi “Dinamo” ilə qarşılaşıb. “Azərsun Arena”da təşkil olunan görüş Tovuz klubunun inamlı qələbəsi ilə başa çatıb – 5:0. Qolları İbrahima Vadji (2), Şəhriyar Əliyev, Ayxan Hüseynov və Murad Dadaşev vurublar.
“Turan Tovuz” 1/8 finalda “Şimal” – “Şahdağ Qusar” görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl “Kəpəz”, “İmişli”, “Karvan-Yevlax”, “Şəfa” və “Baku Sportinq” klubları növbəti mərhələyə vəsiqə qazanıblar. II raundun oyunlarına oktyabrın 29-da yekun vurulacaq.
Baxış sayı:74
Bu xəbər 28 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















