Icma.az
close
up
RU
Azərbaycan Kubokunu hansı klub qazanacaq?

Azərbaycan Kubokunu hansı klub qazanacaq?

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün 33-cü Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. "Araz-Naxçıvan" "Qarabağ"ı, "Neftçi" isə "Sabah"ı qəbul edəcək.

Futbol eksperti Kənan Məstəliyev Metbuat.az-a açıqlamasında komandaların Azərbaycan Kubokundakı şanslarını qiymətləndirib. O deyib ki, hər iki qarşılaşma maraqlı və gərgin mübarizə şəraitində keçəcək. Çünki komandaların gücləri təxminən bir-birinə bərabərdir:

“"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında bu mövsümün sürpriz komandalarından biri oldu. Çünki uzun müddət "Qarabağ" çempionluq uğrunda mübarizə aparsa da, qış fasiləsindən sonra komandada eniş baş verdi və hazırda nadir hallarda qələbə qazana bilir. Düzdür, Premyer Liqada mövqeyini qoruyur, lakin "Araz-Naxçıvan"ın enişdə olduğunu qəbul etməliyik. Bunun bir çox səbəbi ola bilər, amma komanda bu vəziyyətdən çıxmaq üçün fikrini kuboka yönəltməlidir. Finala çıxacağı və ya kuboku qazanacağı təqdirdə mövsümü uğurla başa vurmuş sayılacaq.

Rəqib isə kifayət qədər çətindir. Çünki "Qarabağ" son illərdə Azərbaycan futbolunun şəksiz lideridir və istər yarımfinalda, istərsə də digər mərhələlərdə "Qarabağ"la qarşılaşmaq rəqib üçün şansların minimuma enməsi deməkdir. Ona görə də düşünürəm ki, istər ilk oyunda, istərsə də ümumilikdə bu cütlükdə "Qarabağ"ın favorit olduğunu deyə bilərik. Şansları dəyərləndirsək, 70-30 nisbətində "Qarabağ"ın üstünlüyü var və düşünürəm ki, bu komanda finala yüksələcək”.

K.Məstəliyev "Neftçi" və "Sabah" qarşılaşmasından da danışıb:

“Bu komandalar Premyer Liqada uğursuz mövsüm keçirmələrinə baxmayaraq, kubokda uğur qazanaraq azarkeşlərini sevindirmək və mövsümü yaxşı nəticə ilə başa vurmaq şansı əldə ediblər. Xüsusilə, kubokun qalibi Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır ki, bu da həm "Neftçi", həm də "Sabah" üçün böyük motivasiyadır. Buna görə də çempionatdan fərqli olaraq, kuboka daha çox köklənəcəklər. Kağız üzərində "Sabah" daha güclü görünür, çünki heyətində daha keyfiyyətli futbolçular var. Lakin "Sabah"ın komanda oyununda problemləri mövcuddur. "Neftçi"nin heyəti bir qədər zəif olsa da, kollektiv olaraq yaxşı mübarizə aparır və sona qədər döyüşmək bacarığı var. Bu baxımdan "Neftçi"nin də şanslarını az hesab etmək olmaz. Ümumi dəyərləndirsək, 55-45 nisbətində "Sabah" bir qədər irəlidə görünür. Lakin bu üstünlük nisbi xarakter daşıyır.

Məşqçilərin duelinə gəlincə, təcrübə baxımından "Neftçi"nin baş məşqçisi Samir Abbasov daha üstün görünə bilər. O, Azərbaycan çempionatını və kubokunu daha yaxşı tanıyır. "Sabah"ın baş məşqçisi Vasili Berezutski isə indiyə qədər heç bir klubda baş məşqçi kimi çalışmayıb, yalnız köməkçi məşqçi kimi fəaliyyət göstərib. Ona görə də o, özünü sübut etməyə çalışacaq, lakin təcrübə çatışmazlığı ona müəyyən çətinliklər yarada bilər”.

Ekspert qarşılaşmaların hər ikisinin çox maraqlı və gərgin keçəcəyini düşünür. Onun fikrincə, hətta iki oyunun nəticəsi də kifayət etməyə və ikinci matç əlavə vaxta, hətta penaltilərə də gedə bilər. “Nisbi üstünlük isə "Sabah"dadır”, - deyə o qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri