Azərbaycan Küveytlə nəqliyyat və tranzit sektorlarında əməkdaşlığı müzakirə edib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Küveyt arasında ticarət, turizm, ənənəvi və bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında əməkdaşlıq imkanları müzakirə edilib.
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr Küveytə işgüzar səfər zamanı bu ölkənin maliyyə naziri, elektrik enerjisi, su və bərpa olunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşdə aparılıb.
"Ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini vurğuladıq", - deyə M.Cabbarov əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 09 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















