Icma.az
close
up
RU
“Azərbaycan mahnıları oxuyub, şeir deyəndə ermənilər bizə daş atırdılar, ağızlarına gələni deyirdilər” FOTO+ÖZƏL

“Azərbaycan mahnıları oxuyub, şeir deyəndə ermənilər bizə daş atırdılar, ağızlarına gələni deyirdilər” FOTO+ÖZƏL

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Samux rayonunun Tatlı kəndində doğulmuşam. Amma anam da, atam da Göyçə mahalının, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olublar. Kəndimizin 5 dəfə adı dəyişdirilib. Yaxşı ki, bizim kənddə yüksək vəzifələri tutanlar azərbaycanlı idilər. Sonuncu dəfə kəndin adı Nərimanlı olaraq qalıb. Rayonun ictimai-siyasi işində də ən fəal Nərimanlı kəndi iştirak edib. 1940-cı illərdə vəziyyət gərginləşdi, camaatın yarısı gəldi bura, yarısı getdi Göyçədə qaldı. Atam da, anam da elə uşaq vaxtı Göyçədən Samux rayonunun Tatlı kəndinə gəliblər. Bizdən başqa bütün qohumlarım-bibimgil, əmimgil, xalauşaqları hamısı orada yaşayırdılar. Bibimin bir övladı var idi, o da universitetə daxil olandan sonra tək yaşayırdılar. Mən gedib onların yanında qaldım. 1-ci sinifdən 8-ci sinfə qədər mən Nərimanlı kəndində, bibimin yanında yaşamışam. Sonra valideynlərim məni Samuxa çağırdılar, 9-10-cu sinifləri gəlib burada oxudum. 1974-cü ildə məktəbi bitirib, Tibb Universitetinə daxil oldum. 1988-ci ilə qədər-sonuncu deportasiyaya qədər bütün qohumlarımız orada idi. Sonra hamısı köçüb gəldilər”.

Bunu Moderator.az-a açıqlamasında əslən Qərbi Azərbaycandan olan Rizvan Əsgərov deyib. O daha sonra əlavə edib:

“Nərimanlı kəndində təhsil çox güclü idi. Orada olan təhsil heç bir yerdə yox idi. Yadımdadır ki, qonşu kəndlərdən gəlib bizim kənddə təhsil alırdılar. Niyə görə? Əlbəttə ki, müəllimlərin savadına görə. Məktəb çox ciddi rejimli idi. Göyçənin qışı şox sərt idi. Qarı təmizləməsən getmək mümkün deyildi. Həmin qışın oğlan çağında bir də görürdün ki, qapı döyülürdü, 2 müəllim girirdi içəri. Orada məhəllə-məhəllə müəllim təhkim etmişdilər. Təhsilə bu qədər önəm verirdilər. Mən bunu heç bir yerdə görməmişəm. Nərimanlı kəndinin ətrafında olan kəndlərdə bir dənə də olsun erməni yaşamırdı. Ermənilər adətən Basarkeçərdə yaşayırdılar. Başqa heç bir kənddə erməniyə rast gəlməzdin. Hamımız ermənilərin xasiyyətini bilirdik. Mənim yadıma gəlir, bayramlarda bizi Basarkeçərə aparırdılar, biz də gedib mahnı oxuyurduq, şeir deyirdik. Ermənilər bizə daş atırdılar, ağzından çıxanı deyirdilər. Uşaqlıqdan onların türklərə qarşı münasibəti bu cür idi. O vaxt Gəncədən Basarkeçərə avtobus işləyirdi. Bibimgilə gedəndə yoldaşı gəlib rayonun ayağında məni gözləyirdi ki, birdən ermənilər gəlib mənim qabağımı kəsərlər. Oxuduğum məktəbin sağında-solunda qədim, tarixi türk məzarlıqları var idi. Ermənilər həmin məzarlığı ləğv edib, onun yerində məktəb tikdilər. Tarixi abidələrin hamısını darmadağın etdilər. Qazıntı aparanda ordan nə qədər insan sümükləri, skeletləri çıxdı. Məqsədləri də tarixi yerli-dibli silmək idi. O qədər boş yer var idi ki, orada məktəb tikə bilərdilər. Amma düz gətirib məzarlıqda məktəb tikdilər. Nərimanlı kəndində bütün bayramlara-ələxsus da Novruza, onun çərşənbələrinə xüsusi hazırlaşırdılar. Su çərşənbəsində uşaq gəlib məktəb direktorunu sulayırdı. Bu da bir adət idi. Məktəb direktoru heç nə demirdi, deyirdi ki, adətdir də. Mən ordan gələndən sonra bu adətlərin heç birini görmədim. Bibimgili namaz da qılırdılar, oruc da tuturdular, Ramazan bayramını da qeyd edirdilər. Azərbaycanın nə qədər adət ənənələri var idisə, hamısı Nərimanlıda idi. Yazda Nərimanlı kəndində, dağətəyi ərazilərdə elə güllər, çiçəklər bitirdi ki.. Yaxşı ki, biz də bu adətləri, ənənələri öz övladlarımıza təbliğ edə bilmişik. Bizim övladlarımız Nərimanlıya getmək arzusu ilə yaşayırlar. Hansından soruşsan deyəcək ki, “mən Göyçəliyəm, mən Nərimanlıyam”. Cənab prezidentin sözündən sonra bizdə böyük ümid və inam yarandı ki, biz Qərbi Azərbaycana qayıdacağıq. Qayıtsam orada ev tikib, nəvə-nəticələrimlə yaşamaq istərdim. Bu mənim kimi bütün Qərbi Azərbaycanlıların arzusudur. Bilmirəm o günü görəcəyəm ya yox?” deyə Rizvan Əsgərov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri