Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azərbaycan MDB dən çıxır? AÇIQLAMA

Azərbaycan MDB dən çıxır? AÇIQLAMA

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müstəqil Dövlətlər Birliyi (MDB) uzun illər postsovet məkanında regional əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, zaman keçdikcə bu qurumun həm siyasi, həm də iqtisadi baxımdan effektivliyi ciddi suallar doğurub. Azərbaycan da təşkilatın üzvü kimi formal şəkildə iştirak etsə də, MDB-dən çıxmaq məsələsi mütəmadi olaraq gündəmə gəlib. Lakin bu dəfə mövzu fərqli reallıqlar fonunda müzakirə olunur, həm Rusiyanın ölkəmizə qarşı artan təzyiqləri, həm də MDB-nin Azərbaycan üçün faydasız bir quruma çevrilməsi məsələnin aktuallığını daha da artırır.

Mövzu ilə bağlı Redaktor.Az-a danışan politoloq Həşim Səhrablı bildirdi ki, bölgədə artan anti-Rusiya dalğası, Moskvanın Azərbaycana qarşı sərgilədiyi haqsız mövqe və hörmətsizliklər fonunda MDB-də qalmaq məsələsi yeni reallıqlar kontekstində müzakirə olunur.

Onun sözlərinə görə, Azərbaycanın MDB-dən çıxması məsələsi ilk dəfə gündəmə gəlmir. Lakin bu dəfə məsələ anti-Rusiya dalğasının gücləndiyi, Moskvanın Azərbaycana qarşı ciddi haqsızlıq və hörmətsizliklər etdiyi bir reallıqda müzakirə olunur:

"Əgər 15-20 il əvvəl MDB-dən çıxmaq ideyası əsasən təşkilatın gələcəksizliyi və beynəlxalq bir qurum kimi perspektiv vəd etməməsi ilə izah edilirdisə, bu gün söhbət həm də MDB-nin lazımsız qurum olması ilə yanaşı, Azərbaycanın milli maraqlarına qarşı Rusiyanın ortaya qoyduğu antitezislərlə bağlıdır. MDB-nin yaradılma məqsədi rəsmi sənədlərdə fərqli şəkildə ifadə olunsa da, əsl niyyət hər kəsə bəllidir – bu, SSRİ-nin dağılmasından sonra Moskvanın təsirini saxlamaq üçün Avropa İttifaqına bənzər yeni layihə yaratmaq cəhdi idi. Lakin bir neçə ildən sonra aydın oldu ki, MDB heç bir perspektivə malik deyil və Rusiya bu mexanizmlə istədiyi təsirləri saxlaya bilmədi.

Hazırda Azərbaycanın MDB-dən çıxması rəsmi şəkildə elan olunmasa da, bu, artıq gözlənilən addım hesab olunur. Ola bilsin, yaxın aylar və ya illərdə bu məsələ gündəmə gətiriləcək. Çünki MDB Azərbaycanın milli maraqlarına uyğun heç bir effektiv nəticə və ya perspektiv vəd etmir. Azərbaycan MDB ölkələri ilə ikitərəfli əsasda münasibətlərini normal şəkildə inkişaf etdirir. Üstəlik, Mərkəzi Asiya dövlətləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində daha perspektivli əməkdaşlıq qurulub. Belarus və Şərqi Avropanın digər ölkələri ilə isə coğrafi yaxınlıq olmadığına görə MDB çətiri altında birləşmək əslində faydasızdır".

Siyasi şərhçi qeyd etdi ki, Azərbaycan artıq Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirib, Qoşulmama Hərəkatında mühüm rol oynayır, BRICS-lə də müəyyən tərəfdaşlıq imkanlarını araşdırır.

"Bu halda MDB-də qalmaq nə qədər əhəmiyyətlidir? Təşkilatın Azərbaycana nə verdiyi, hansı üstünlüklər təmin etdiyi ciddi suallar doğurur. Üstəlik, Rusiyanın hazırkı siyasəti Azərbaycana qarşı yönəlib və Moskva ölkəmizi öz maraqlarına “təhlükə” kimi qəbul edir. Bu şəraitdə Azərbaycan Rusiyanın planlarını ifşa etmək və onların qarşısını almaq üçün yeni addımlar atmalıdır. Belə addımlardan biri də MDB-dən çıxmaq ola bilər. Çünki hər bir beynəlxalq təşkilatın müəyyən müddəaları olur və üzv dövlətlər bu müddəaları qəbul etmiş sayılır. Gələcəkdə Rusiya bu müddəalardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edə bilər. Bu risklərin qarşısını almaq və perspektivsiz bir quruma bağlılığı aradan qaldırmaq üçün MDB-ni tərk etmək ən doğru yol ola bilər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri