Icma.az
close
up
RU
Azərbaycan MDB dən çıxa bilərmi? AÇIQLAMA

Azərbaycan MDB dən çıxa bilərmi? AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Rusiya-Azərbaycan gərginliyi davam edir. Gərginlik davam etdikcə fərqli iddialar ortaya atılır, fikirlər səsləndirilir. 
Ekspertlər deyir ki, proses davam edərsə, Bakı radikal qərar kimi həm də MDB-ni tərk edə bilər. Lakin bu qərarın ölkəmizə heç bir müsbət divident gətirməyəcəyini düşünənlər də var.
Bəs Azərbaycan MDB-dən çıxa bilərmi? 
Mövzu ilə bağlı politoloq Elşən Qafarov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlərdə gərginliyin olduğunu söyləyən və ya düşünənlər stəkanda fırtına yaratmaq istəyənlərə daha çox bənzəyirlər:
“İstisna deyil ki  hər iki tərəfdə münasibətlərdə gərginliyin artmasında maraqlı olan qüvvələr var. Onlar KİV-lər vasitəsilə bununla bağlı əsl hay-küyün qaldırılmasına nail olmaq istəyirlər. Rusiyada bunlar əsasən erməni diasporasının lobbiçilik təklif və imkanlarından siyasi və korporativ dividentlər əldə edənlərdirlər. Onların arasında Rusiya Dövlət Dumasının üzvləri, ictimai və siyasi xadimlər də var. Azərbaycanda isə bu qüvvələr, əsasən, Qərbdəki bəlli təşkilatlar tərəfindən donor dəstəyinə malik QHT-lər, habelə saytlardırlar. Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının öz xeyrinə dəyişdirilməsində maraqlı olan Qərbdəki imperialist dairələr bununla bağlı  onların qarşısında əsas sipərin rəsmi Bakı olduğunun mahiyyətinə yaxşı varırlar. Buna görə də, onların tabeçiliyində olan QHT və saytlar vasitəsilə Azərbaycan təyyarəsinin Rusiya fəzasında vurulması ilə bağlı mövzu ətrafında əsl siyasi şou yaratmağa çalışırlar”.
Politoloq deyib ki, Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik münasibətlərinin əsası Azərbaycan və Rusiya prezidentlərinin özləri tərəfindən qoyulub:
“Rusiya və Azərbaycan arasında münasibətlər bir qayda olaraq qarşlılıqlı maraq və etimada, qarşılıqlı mənfəət prinsiplərinə söykənib, xalqlarımız arasında siyasi, humanitar, mədəni, işguzar əlaqələrin bir neçə əsrlik tarixi var. 
Rusiya bu gün qlobal çatda ən güclü üç dövlətdən biridir. Bu gün Ər-Riyadda, Aİ-nin belə Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində apardığı müzakirələr göstərir ki, nəinki regional, qlobal təhlükəsizlik problemlərinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil. Bu mənada dövlətlərimiz arasında münasibətlərin kəskinləşdirilməsi istiqamətində addım atmaq istəyən tərəflər əslində müstəqil dövlətçiliyimizi hədəf götürmək istəyən qüvvələrin maraqlarına xidmət edənlərdirlər. Rusiyada azərbaycanlıların deportasiya edilməsi ilə bağlı mövzuları şişirdənlər də dövlətçiliyə qarşı olan maraqlara kökləniblər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri