Azərbaycan MDB ölkələri arasında yol nəqliyyat hadisələrin az sayda baş verdiyi ikinci ölkədir
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
"Azərbaycan MDB ölkələri arasında yol nəqliyyat hadisələrin az sayda baş verdiyi ikinci ölkədir".
Bunu "İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun Panel Sessisiyasının çıxışında Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib. R.Tağıyev yollarda təhülkəsizliyin təmin edilməsinin idarənin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdırıb.
"Cəmiyyətdə qanunu pozanları qəhrəman kimi yox, bir mənfi sima kimi tanıdan medianın inkşafı bu gün dünyanın bir çox ölkələrinə nisbətən artıb. Müasir dövrdə ölkəmizdə nəqliyyatın sayıartıb, lakin baş verən yol-nəqliyyat hadisələrin sayı azalmaqdadır. Təbii ki, bu bir qurumun səyi nəticəsində baş vermir, digər qurumların da rolu burada özünü göstərir. Əvvələr gənclər arasında qanun pozuntulara yol verənlərə bir qəhrəman kimi yanaşırdılar. Lakin indi belə deyil. Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında yol nəqliyyat hadisələrin az sayda baş verdiyi ikinci ölkədir".
Havar Şəfiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















