Icma.az
close
up
RU
Azərbaycan mədəniyyəti öz evinə qayıdır

Azərbaycan mədəniyyəti öz evinə qayıdır

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəniyyət dünyaya açılan pəncərədir. Bu pəncərədən xalqın tarixini görürlər, onun xarakteri tanıyırlar, kimliyini duyurlar. Mədəniyyət minilliklər boyu daşdan, səsdən, sözdən yoğurulmuş müqəddəs yaddaşdır. Mədəniyyəti uluların nəfəsi, sevincin rəngi, kədərin səsi, birliyin ruhu da adlandırırlar. Xalqın mədəniyyəti çöksə, o xalqın ruhu ölər, ona görə mədəniyyət millətin varlıq kodu kimi qəbul edilir. Bu, dünyanın hər yerində belədir.
Bütün bunaları bilə-bilə uzun illər mədəniyyətimizə zərbə vurulub. Və təəssüf ki, bunlar içimizdən olub. Bunu demək acıdır, amma mütlqə demək gərəkdir. 

Bəli, Azərbaycanda uzun illər “beşinci kolon” mədəniyyətin damarına sancılıb. Onlar çevik bir özgələşdirmə siyasəti yürüdüblər. Niyyətləri sadə və anlaşıllan idi, xalqı kökündən qoparmaq, özündə qəribsətmək, içini boşaltmaq.


Bu kolon dilimizi əzib keçmək istədi, dəyərlərimizi dumanlı göstərdi. Mədəniyyətimizi əhəmiyyətsiz kimi təqdim etdi. Cəmiyyətin yaddaşını pozmaq istədi. Hər zaman yaddaşmız zəifdir və s. bu kimi əksiklik komplekləri ilə düşüncələrimizi yüklədi.


Bu qorxulu ünsürlər guya mədəni siyasət yürüdürlər adı ilə millətin ruhuna zəbələr endirdilər. Tarix dəfələrlə sübut edib ki, düşmən bir xalqı məhv etmək istəyirsə, ilk olaraq onun dilinə zərbə vurur, əxlaqına ilişir, dəyərlərinə hücum çəkir. Nə yazıq ki, biz uzun illər bu ağırıların acısını yaşamağa məhkum olmuşuq. 

“Beşinci kolon” həmişə olub və olacaq. Biz bu antimilli ünsürlərə qarşı hər zaman ayıq və dik durmalıyıq. Və zaman gösərdi ki, durduqa da… 


İndi səffaflığın və milli kadrların dövrü başlayıb. Çox sevindirici haldır ki, bu gün yeni bir situasiya yaranıb. Mədəniyyətə milli düşüncə, milli mövqe, milli kadrlar gəlir. Şəffaflıq yaranır. Cəmiyyət illərdir gizlənən ünsürlər görməyə başlayır. Maskalar düşür. Hər şey açıq-aşkar üzə çıxır. 


Açıq gözlə baxanda mədəniyyətə sahib çıxan da bəllidir, ona balta çalan da. Və şəffaflıq mədəniyyətimizin qələbəsidir.


Mədəniyyət deyəndə ilk növbədə dilimiz yada düşür. Dil millətin canıdır. Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyində Azərbaycan dili ilə bağlı fikirləri, verdiyi dəyər, dilimizi milli təhlükəsizlik məsələsi kimi qabartması bizim üçün mühüm mesajdır. Dilini qoruyan xalq heç vaxt məğlub olmur.


Bu gün mədəniyyətimizi qorumaq tarixi zərurətdir. 44 günlük Zəfər savaşı ölkədə tam fərqli əhval ruhiyyə yaradıb. İndi Qarabağ şikəstəsi nisgil, həstər emosiyası yaratmır. Gələcəyə inam, Qərbi Azərbaycan mədəniyyətinə sahiblənmək istəyi aşılayır. 


Təsadüfi deyil ki, uzun illərdir Heydər Əliyev Fondu bütün dünyada mədəniyyətimizə hamilik edir, onu təbliğ edir. Bu təbliğ millətin ruhunun, varlığının xaricdə musiqimizin səsli simfoniyasıdır. Əcnəbilər bu simfoniyanı artıq qəbul edirlər.    


Amma mədəniyyəti qorumaq tək dövlət qurumu, yaxud Fondun işi deyil. Ziyalılar, müəllimlər, sənət adamları, jurnalistlər, gənclər, valideynlər, hər bir Azərbaycanlı mədəniyyətimizin keşikçisi olmalıdır. Mədəniyyətə yiyələnmək millətə sahib çıxmaqdır. Mədəniyyəti qorumaq gələcəyimizin təhlükəsizliyidir. 


İndi qürurla deyə bilirik ki, Azərbaycan yeni mərhələnin astanasındadır. Ərazi bütövlüyümüz təmin edilib. Ruhumuz, qürurumuz öz yerini tapıb. Dəyərlərimiz öz sahibinə dönür.


Və mədəniyyətimiz öz evinə qayıdır. Bu dönüşü dayandırmaq mümkün deyil. Çünki xalq mədəniyyətinə sahib çıxmağa başlayıb. Xalq olanda heç bir "beşinci kolon", heç bir yad ünsür bu birlik qarşısında duruş gətirə bilməz.

Sevinc MƏHƏRRƏMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri