Icma.az
close
up
RU
Azərbaycan mədəniyyətində niyə dövlətin bütün resursları Hüseynova bacılarına xərclənir?

Azərbaycan mədəniyyətində niyə dövlətin bütün resursları Hüseynova bacılarına xərclənir?

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əntiqə və əyləncəli sualdır. Cavabı daha da əyləncəlidir. 1906-cı ildə mühacirətdə yaşayan rus yazıçıları Lunaçarski, Qorki və Boqdanov ictimai fikri sənət vasitəsilə dəyişmək üçün Proletar Mədəniyyəti təşkilatı deyə bir hərəkatın təməlini qoydular. Rusiyada bolşevik inqilabından sonra bu sənət hərəkatı daha da böyüdü və iş başına keçdi. Qısa adı "Proletkult" olan bu hərəkat mədəniyyət sferasında müstəqil və kütləvi fəhlə hərəkatı idi”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, inqilabdan sonra hərəkat üzvləri məktəblər, emalatxanalar və teatr dərnəkləriylə fəhlələrə elm və sənət öyrətməyə başladılar:

“Onlar "sənət xalq üçündür" devziylə yola çıxmışdılar. Proletkult Eyzenşteyn, Meyerhold, Popova kimi avanqardistlərin təşkilatıydı. Onlar avanqard sənəti marksizmlə əlaqələndirir, sənəti sosial və sinfi bir hadisə kimi görürdülər. Proletkultçuların lideri Boqdanov 19-cu əsrin sosialist utopikləri Sen-Simon və Furyedən təsirlənərək sənətin əsas rolunun ictimai həyatı təşkil etmək olduğuna inanırdı. Sənəti istehsalın, əməyin bir növü kimi xarakterizə edirdi. Proletkultun öncülləri və davamçıları tamamilə “müstəqil” və “yeni” mədəniyyət növünün yarana biləcəyini iddia edirdilər Bu mədəniyyətin adı isə "proletar mədəniyyəti"ydi və bu mədəniyyətin bayraqdarı sənət olacaqdı. Sinfi və sosial eksperimentlərə əsaslanan bir sənət. Bu sənət siyasətə yön verməklə bərabər yaradıcılığın fərdilikdən uzaqlaşdırıb kütləviləşdirəcəkdi. Boqdanov ingilis  sosialist utopiki Con Ruskin kimi sənətin ən ali müəllim olduğuna inanırdı. Proletkultun yaratmaq istədiyi “yeni Mədəniyyət” bütün həyatı bədiiləşdirəcəkdi. Yeganə əmək bədii əmək olacaqdı. Boqdanov, Lunaçarski və Qorki sənəti elm və texnika, istehsalatla vəhdətdə görürdü. Onlar və davamçıları sənət aləmində ortaya çıxan ideyaları fabriklərə, emalatxanalara, zavodlara, tarlalara yayırdılar. İnqilabın bayrağı altında çalışan bütün istehsal sahələrində yaradıcı dərnəklər yaradılmışdı. Məsələn, Rəşid Behbudovun sənətə gəlişinin lentə alındığı "Bəxtiyar" filmini xatırlayaq. Filmdə o dövrün neft sənayesinin içində cürbəcür sənət sahələriylə məşğul olan fəhlələrin yaradıcı dərnəyi göstərilir. Bu dərnək istehsalın içinə yayılmış proletkult hərəkatının bir nümunsəidir. Filmin yaradıcı heyəti "Hüseynova bacıları" və digər fəhlələrdən düzəldilmiş sənət adamlarının obrazlarıyla məhz proletkultun ideyalarına ironiya edirlər. Son anda səhnəyə çıxan Rəşid Behbudovun performansı isə proletkulta verilmiş ən sərt cavabdır. Sənət həmişə fərdidir və kütlənin zövqünün fövqündədir. Kollektiv həmişə icraçıdır, onu yaradıcı olmağa məcbur edəndə ortaya "Hüseynova bacıları" çıxır. Yaradan həmişə təkdir: həm yerdə, həm göydə”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri