Icma.az
close
up
RU
Media və Yayım Şurası yaradılması niyə zəruridir?

Media və Yayım Şurası yaradılması niyə zəruridir?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılmasını ehtiva edən qanunvericilik təşəbbüsü bu sahə ilə bağlı ölkədə son illər həyata keçirilən sistemli islahatların məntiqi davamıdır.

Bu dəyişiklik rəqəmsal dövrün çağırışlarına uyğun olaraq informasiya siyasətinin daha çevik, koordinasiyalı və vahid yanaşma əsasında formalaşdırılmasına xidmət edir.

Nəzərə almaq lazımdır ki, müasir dövrdə milli təhlükəsizlik anlayışı yalnız hərbi və iqtisadi komponentlərlə deyil, həm də dayanıqlı informasiya məkanının mövcudluğu ilə assosiasiya olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Vətən müharibəsindəki tarixi Zəfərdən dərhal sonra - 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media islahatlarının daha da dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın İnkişafı Agentliyinin yaradılması, ardınca “Media haqqında” yeni Qanunun qəbul edilməsi və digər kompleks addımların atılması ölkədə media üzrə yeni hüquqi-institusional mexanizmlərə keçidin bünövrəsini qoydu.

Müasir çağırışlarla, sürətli texnoloji inkişafın standartları ilə səsləşən bu islahatlar özündə sistemli yanaşmanı əks etdirir. Məhz bu yenilənmənin nəticəsidir ki, ötən dövr ərzində ölkənin informasiya mühitini əhəmiyyətli dərəcədə sağlamlaşdırmaq, şəffaflaşdırmaq, hüquqi münasibətləri sistemləşdirmək, peşəkar medianın inkişafını təmin etmək mümkün oldu. Media subyektləri arasında sağlam rəqabət qabiliyyətinin artırılması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi üçün dövlət dəstəyinin göstərilməsi, peşəkar fəaliyyət üçün dayanıqlı institusional mühitin yaradılması, öz növbəsində, ölkənin informasiya mühitinin sağlamlaşdırılmasına töhfə verdi. Media və Yayım Şurasının yaradılması təklifi də məhz həmin strateji xəttin davamı kimi çıxış edir.

Təsdiq olunmuş faktdır ki, rəqəmsal transformasiya medianın klassik təsnifatını aradan qaldırıb. Çap, onlayn və audiovizual media arasındakı sərhədlər böyük mənada aradan qalxıb, konvergensiya olunmuş media tipi yaranıb. Bu şəraitdə müxtəlif media seqmentlərinin ayrı-ayrı mexanizmlərlə idarə olunması əvvəlki effekti vermir. Milli informasiya məkanının təhlükəsizliyinin təmin olunması, dezinformasiyaya qarşı operativ mübarizə, rəqəmsal platformaların monitorinqi və media subyektlərinin inkişafının stimullaşdırılması daha çevik, koordinasiyalı yanaşma tələb edir.

Bu kontekstdə yanaşsaq, görərik ki, Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyi indiyə qədərki fəaliyyətlərində faktiki olaraq bir sıra bənzər funksiyaları icra ediblər. Bu iki qurumun bazasında kollegial idarəetmə prinsiplərinə əsaslanan Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasının təbii davamıdır. Xüsusilə Şuranın fəaliyyətinin birbaşa “Media haqqında” Qanunda təsbit olunması, onun hüquq və vəzifələrinin qanunvericilik səviyyəsində müəyyənləşdirilməsi və kollegial idarəetmə modelinin tətbiqi şəffaflıq, hesabatlılıq və ictimai etimad baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq təcrübə də bu istiqamətdə oxşar yanaşmaların effektivliyini təsdiqləyir. Böyük Britaniyada Ofcom yayımın tənzimlənməsi, rəqəmsal media mühitinin nizamlanması və istifadəçilərin hüquqlarının qorunmasını vahid institusional çərçivədə həyata keçirir. Fransada isə ARCOM audiovizual sektorla yanaşı, rəqəmsal platformaların fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. Bu modellər göstərir ki, vahid və kollegial idarəetmə mexanizmləri media sektorunda həm idarəetmənin səmərəliliyini artırır, həm də ictimai etimadın möhkəmlənməsinə xidmət edir.

Yeni Şuraya verilməsi nəzərdə tutulan səlahiyyətlərin təhlili göstərir ki, burada prioritetlərdən biri media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, peşəkarlığın artırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, milli media məhsullarının inkişafı və dezinformasiyaya qarşı sistemli mübarizənin təşkilidir. Bu yanaşma yalnız inzibati tənzimləmə deyil, həm də inkişafyönümlü dövlət siyasətinin həyata keçirilməsinə xidmət edir.

Xüsusilə rəqəmsal məzmunun təhlili, ictimai rəyin öyrənilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyanın yayılması risklərinin minimuma endirilməsi istiqamətində nəzərdə tutulan mexanizmlər müasir dövrün reallıqlarına tam uyğun gəlir. İnformasiya məkanının çirkləndirilməsi cəhdlərinə qarşı daha koordinasiyalı və mərkəzləşdirilmiş fəaliyyət imkanlarının formalaşdırılması ölkənin milli maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Diqqətəlayiq məqamlardan biri də Media Reyestri ilə bağlı nəzərdə tutulan yeniliklərdir. Media subyektləri və jurnalistlər haqqında məlumatların sistemləşdirilməsinə xidmət edən Media Reyestrinə jurnalistlərin daxil edilməsi və onların müvafiq vəsiqələrlə təmin olunmasının qanuna ediləcək dəyişikliklərdən sonra ödənişsiz əsasda həyata keçirilməsi həm peşəkar fəaliyyətin təşviqi, həm də media ictimaiyyətinin maraqlarının qorunması baxımından müsbət addım kimi qiymətləndirilə bilər.

Bütün bu faktlara əsaslanaraq deyə bilərik ki, təklif olunan qanunvericilik dəyişiklikləri təsdiqlənərsə, Azərbaycanın informasiya məkanında yeni institusional mərhələ başlayacaq. Bu dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə, milli media məhsullarının inkişafının stimullaşdırılmasına, media subyektlərinin iqtisadi dayanıqlılığının gücləndirilməsinə, rəqəmsal çağırışlara adekvat cavab verilməsinə və nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv çatdırılmasına əlavə imkanlar yaradacaq.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri