Icma.az
close
up
RU
Novruz bayramı minilliklər ərzində formalaşmış zəngin ənənələrə malikdir

Novruz bayramı minilliklər ərzində formalaşmış zəngin ənənələrə malikdir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biridir. Bu bayram təkcə yeni ilin başlanğıcı deyil, həm də milli birlik, həmrəylik, sülh və mənəvi dəyərlərin təcəssümüdür. Azərbaycan xalqı əsrlər boyu Novruzu təkcə təbiətin oyanışı kimi deyil, həm də insan qəlbindəki yenilənmə, barış və dostluğun simvolu kimi qeyd edib. Novruz bayramı minilliklər ərzində formalaşmış zəngin ənənələrə malikdir.

Ulu Öndər Heydər Əliyev Novruz Bayramına böyük əhəmiyyət verən dövlət xadimi idi. O, həm SSRİ dönəmində, həm də müstəqillik illərində Novruzu xalqın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi dəyərləndirirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və Novruzun dövlət səviyyəsində geniş qeyd edilməsinə şərait yaratdı. O, Novruzu yalnız bayram kimi deyil, həm də Azərbaycan xalqının milli kimliyinin və tarixinin bir hissəsi kimi görürdü.
Ulu Öndər Heydər Əliyev çıxışında dediyi kimi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu gün artıq həmin sitat reallıqa çevrilmişdir. Hər birimiz hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. Beşinci dəfədir ki, bu gözəl bahar bayramı işğaldan azad edilmiş torpaqlarda qeyd edilir. Artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramı Prezident Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə hər il doğma Qarabağ diyarında qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davançısı Prezident İlham Əliyev də Novruz bayramına xüsusi diqqət yetirir. Novruzun Azərbaycanın milli kimliyinin və dəyərlərinin ayrılmaz hissəsi olduğunu vurğulayır və xalqın birlik və həmrəyliyinin rəmzi kimi qeyd edir. Xüsusilə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Novruz bayramı Azərbaycan üçün yeni bir məna qazandı – bu bayram artıq həm də zəfərin, torpaqların azad edilməsinin rəmzinə çevrildi.
Bu bayram, torpaqlarımıza qayıdışın, abadlıq və quruculuq işlərinin rəmzi kimi, gələcəyə ümid və inamla baxmağımıza səbəb olur. Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri apararaq, bu torpaqlara yeni həyat verir. Qoy Novruzun ruzi-bərəkət və firavanlıq gətirən nuru bütün Azərbaycanı, o cümlədən bütün tarixi torpaqlarımızı əhatə etsin.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri