Icma.az
close
up
RU
Azərbaycan məhsullarının “Alibaba” üzərindən Asiya ölkələri, Okeaniya və Körfəz regionuna çıxış imkanları artıb

Azərbaycan məhsullarının “Alibaba” üzərindən Asiya ölkələri, Okeaniya və Körfəz regionuna çıxış imkanları artıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda elektron ticarət sahəsi üçün də yeni imkanlar vəd olunur, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və kağızsız - elektron ticarətin inkişafı prioritet istiqamətlərdən biri kimi göstərilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin operatoru olduğu “Azexport.az” portalı 2017-ci ildən etibarən Azərbaycan məhsullarının dünyanın 15-dək aparıcı elektron ticarət platformasında yayımlanmasını təşkil edir. Bu istiqamətdə əldə olunan uğurlar sırasında Çinin “Alibaba” platforması xüsusi yer tutur.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, “Azexport” ilə “Alibaba” platforması arasında yeddi ildən artıq davam edən əməkdaşlıq tarixçəsi mövcuddur. Əməkdaşlığın ilk mərhələsində bu platformada cəmi üç yerli şirkətin təxminən 10 adda məhsulu təmsil olunurdu. “Azexport” portalının fəaliyyəti nəticəsində bu rəqəmlər sürətlə artıb və hazırda “Alibaba” Azərbaycan məhsullarına dair ixrac sifarişləri və sorğularının sayına görə lider platformalardan birinə çevrilib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan məhsullarının yalnız Çin bazarına deyil, həmçinin digər Asiya ölkələrinə, Okeaniya və Körfəz regionuna çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib.

Ayxan Qədəşov qeyd edib ki, “Alibaba” platforması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətinin artırılması və yeni bazarlara çıxışının təmin olunması baxımından müasir və strateji əhəmiyyətə malik rəqəmsal resursdur. Eyni zamanda, elektron ticarət sahəsində əməkdaşlığın hər iki ölkə tərəfindən ali səviyyədə tanınması və dəstəklənməsi bu sahədə daha geniş imkanlardan istifadə olunmasına şərait yaradır.

“Azexport” portalının rəhbəri hesab edir ki, bundan sonra Çinin rəqəmsal ticarət ekosisteminə dərin inteqrasiya, rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsi, Çin şirkətlərinin Azərbaycanda elektron ticarət və logistika sahəsinə investisiya yatırması, Azərbaycanda birgə istehsal və ixrac imkanlarının yaradılması kimi istiqamətlərdən əməkdaşlıq daha da artacaq. Həmçinin Azərbaycanın qlobal ticarət yolları üzərində yerləşməsi və beynəlxalq səviyyədə artan iqtisadi nüfuzu Çinin aparıcı elektron ticarət şirkətlərinin ölkəmizdə fəaliyyətlərini genişləndirməsi üçün əlverişli mühit formalaşdırır. Bu isə öz növbəsində “Made in Azerbaijan” brendinin tanıdılması və qeyri-neft sektorunun ixrac potensialının artırılması baxımından mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri