Icma.az
close
up
RU
“Azərbaycan mənə doğma ölkədir”: Serbiyanın idman naziri dostluq, idman və voleybol haqqında

“Azərbaycan mənə doğma ölkədir”: Serbiyanın idman naziri dostluq, idman və voleybol haqqında

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiyanın idman naziri Zoran Qayiç vaxtilə baş məşqçi kimi “Rabitə” voleybol klubunda çalışdığından azərbaycanlı azarkeşlərə yaxşı tanışdır.

İdman.biz xəbər verir ki, 66 yaşlı mütəxəssis Haqqın.az-a müsahibəsində Zlatiborda keçirilən Gimnaziadada Azərbaycana və onun idman nümayəndə heyətinə xüsusi münasibəti vurğulayıb.

Azərbaycan komandası hazırkı Oyunlarda ən geniş heyətə malik komandalardan biridir. Qayıç qeyd edib ki, onun üçün Azərbaycan nümayəndə heyətinin Serbiyaya gəlişi həm də dostlarla, tanışlarla görüş deməkdir: "Azərbaycanı öz ölkəm kimi qəbul edirəm. Azərbaycandan gələn nümayəndə heyətinə burada xüsusi diqqət yetiriləcək. Mən Azərbaycan və dostum, idman naziri Fərid Qayıbov üçün çox şadam. O və onun komandası, ilk növbədə, mənim dostlarımdır, yalnız bundan sonra həmkarlarımdır".

"Rabitə"ni 2011-ci ildə klubların dünya çempionatının qalibi edən Qayiç həmçinin o vaxt Azərbaycan voleyboluna kütləvi şəkildə əcnəbi oyunçuların və məşqçilərin cəlb olunması barədə də danışıb: “O illərdə Azərbaycanda çoxlu əcnəbi voleybolçu var idi. Azərbaycan liqası Avropada ən güclülərdən biri idi. Amma o zaman da deyirdim, ilk növbədə voleybolu populyarlaşdırmaq lazımdır. Yerli gəncləri yetişdirmək vacibdir. Bunun üçün isə səbirli olmaq lazım idi".

Azərbaycanın komanda idman növlərində potensialından danışan nazir vurğulayıb ki, düzgün yanaşma olarsa, Azərbaycan gəncləri uğur qazanmaq üçün bütün keyfiyyətlərə malikdirlər: "Əminəm ki, azərbaycanlı oğlan və qızlar çox istedadlıdırlar. Hər şey prosesin necə təşkil olunmasından, məşqçilərdən asılıdır. Sadəcə bu işi davam etdirmək lazım idi".

O, müvafiq dəvət alacağı təqdirdə Azərbaycan tərəfi ilə idmanın inkişafı sahəsində yenidən əməkdaşlığa hazır olduğunu bildirib: "Mən sizin üçün lazım olan hər şeyə açığam, çünki Azərbaycana qarşı xüsusi münasibətim var. Ona görə yox ki, sizin ölkədə nəsə qazanmışam. Əsas - birlikdə işlədiyim insanlardır".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri