Icma.az
close
up
RU
Azərbaycan məşqçilərinin on illərdir həll etməkdə çarəsiz qaldığı vəziyyət

Azərbaycan məşqçilərinin on illərdir həll etməkdə çarəsiz qaldığı vəziyyət

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında komandaların turnir cədvəli ilə yanaşı bir siyahı da var ki, o da daim maraqla izlənilir. 

Bombardirlərin siyahısı…

O siyahı həm də Azərbaycan futbolunun aynasıdır. Yəni ora bax və özünü gör. Bu gün futbol adına nə günə düşmüşük, özümüzə əl gəzdirmərsək, daha hansı kökə düşəcəyik, bax, bunun cavabı həm də o aynanın arxasında gizlənən suallardadır.

Mətləbə keçim. 

Azərbaycanın yüksək liqasında bu gün axşam 26-cı tur arxada qalacaq. Yarışı keçirən Peşəkar Futbol Liqasının saytında indiki ana qədər bombardirlər siyahısında ən çox vuran (5-11 arası) 16 oyunçunun adı yer alıb. 
O 16 oyunçu arasında isə cəmi-cümlətanı ikicə nəfər azərbaycanlı var… 

16 nəfər arasında cəmi 2 azərbaycanlı…

Biri hücumçu Nəriman Axundzadədir ki, o da siyahıda 7 qolla yalnız 8-cidir, o birisi isə 5 qolla həm müdafiəçi, həm yarımmüdafiəçi olan Toral Bayramovdur ki, 11-ci yeri tutur

Siyahının ilk yeddi pilləsində bir nəfər də olsun azərbaycanlı futbolçunun adı yoxdur. Leandro, Sekidika, Felipe Santos, Coy-Lens Mikels, Davit Volkov, Salifu Suma, Pavol Safranko - göründüyü kimi, hamısı qeyri-azərbaycanlıdır…

Acınacaqlı və düşündürücü faktdır.

Statistikaya əsaslanıb fikir yürütsək, bu gün Premyer Liqamızda ən yaxşı hücumçumuz “Qarabağ”ın 20 yaşlı futbolçusu Nəriman Axundzadədir. Axundzadə bu mövsüm 7 qol vurmaqla yanaşı 8 qolun ötürməsi edib. Yəni 15 qolda birbaşa iştirakı olub. Bu, müsbət haldır. Amma o da qeyd edilməlidir ki, Azərbaycan çempionatı bir futbolçunun potensialının tam göstəricisi sayıla bilməz. 

Elə həmin Nəriman son 1 ildə iştirak etdiyi 8 avrokubok oyununda nə 1 qol vura, nə də 1 qol ötürməsi edə bilib.

Nə qədər ki, hələ çox gəncdir, xarakter nümayiş etdirib CV-sindəki bu neqativi düzəltməlidir. Yoxsa karyerasının sonuna qədər görüb-görəcəyi ən yaxşı çempionat elə Azərbaycan liqası olacaq. 

Qeyd edilən bu bir fakt bir futbolçumuzun timsalında  hücumçularımızın beynəlxalq səviyyəli yarışda qol vurmaq problemini göstərir. 

Məsələn, digər “Qarabağ”lı Musa Qurbanlı. Azərbaycan karyerası uğurlu olsa da, İsveçdə möhkəmlənə bilməyib geri qayıtdı. Son oyunlar bir bacala toparlansa da, bumövsümkü statistikası (Premyer Liqada 15 oyun, 4 qol) hələlik gələcək üçün müsbət siqnal vermir. Amma bu mənfi gedişi düzəltmək bacarığına malik oyunçudur.

Daha təcrübəli olan Ramil Şeydayevin isə artıq hətta daxili yarışda belə komandasına (“Neftçi”yə) faydası dəymir. Bir vaxtlar Rusiya milliisi ilə Avropa çempionu (U-17) və Avropa finalçısı (U-19) olmuş 28 yaşlı hücumçu bu mövsüm 22 Premyer Liqa oyununda cəmi 3 qol vurub. 

Daha nə deyəsən?

Əsas heyətdə niyə oynadasan?

Yerli hücumçularımız digər klublarımızda da var. Lakin adları çəkilən bu 3 oyunçu xüsusi ona görə vurğulandı ki, əsas milli komandanın oyunçularıdır.

Sabah DÇ-2026-nın seçmə mərhələsində Fransa/Xorvatiya, Ukrayna, İslandiya kimi rəqiblərimiz olacaq.

Hazırda legioner həyatı yaşayan Mahir Emreli isə bir vaxtlar Azərbaycanda olduğu kimi, indi Almaniyada bombardirlik uğrunda yarışmalı idi. Lakin onunla bağlı da durum yaxşı sayılmamalıdır. Bu il zədəsinin olmamasına baxmayaraq, 3 matçda “Nürnberq”in iştirak ərizəsinə düşməməsi, məşqçisi Kloze ilə arasında narazılıq olması barədə davamlı məlumatlar həm narahatlıq, həm də məyusluq yaradır. 

Bütün bunlar, necə deyərlər, nöqsanların yalnız görünən tərəfləri - yəni nəticədir.

Səbəblər isə daha dərindir və Azərbaycan futbolunda onilliklərdir elə möhkəm kök salıb ki, yerli mütəxəssislərimiz də, futbol sistemi də onu həll etməkdə çarəsizdir. Söhbət həm uşaq futbolundakı, həm də peşəkar klublardakı məşqçilərdən və idarəçilərdən gedir…

Bəs, bu vəziyyəti AFFA-nın İnkişaf Strategiyası düzəldə bilərmi? 

Şair demiş, 

Bəlkə də hə,
bəlkə də yox.

Odur ki, illəri bir-birinə calaya-calaya yenə gözləyək.

İl demişkən. Bizim gənc futbolçularımızın həmyaşıdı 20 yaşlı özbək müdafiəçi Xusanov altıca ayın içində əvvəl Fransa Liqa-1-də möhkəmləndi, sonra da İngiltərə Premyer Liqasına getdi. 3-5 gün əvvəl isə “Mançester Siti”də fevral ayının ən yaxşı oyunçusu seçildi. 

Özbək futbolunun yetirməsi olan hücumçu Eldor Şomurodov isə ötən 4-cü günü Avroliqanın 1/8 finalında qələbə qolu vurub.

Eldor “Roma”da oynayır, qəhrəmana çevrildiyi oyun isə “Atletik”lə matç idi…

Sağ olun.

Aydın Bağırov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri