Icma.az
close
up
RU
Azərbaycan mətbuatı xalqla dövlət arasında güclü körpü rolunu qoruyur EKSPERT RƏY BİLDİRDİ

Azərbaycan mətbuatı xalqla dövlət arasında güclü körpü rolunu qoruyur EKSPERT RƏY BİLDİRDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu gün Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunur. 150 il ərzində milli mətbuatımız böyük inkişaf yolu keçmiş, xalqımızın maariflənməsində, milli şüurun formalaşmasında və müstəqillik hərəkatında mühüm rol oynamışdır". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatının tarixi 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə başlayır. Bu dövrdən etibarən mətbuatımız xalqın düşüncə tərzinin dəyişməsinə, milli dəyərlərin qorunmasına və yayılmasına xidmət etmişdir: "Sovet dövründə mətbuat dövlət nəzarətində olsa da, öz milli üslubunu və təbliğat missiyasını qorumağa çalışmışdır. Müstəqillik illərində isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Pluralizm, söz azadlığı və müxtəlif media platformalarının yaranması milli mətbuatın inkişafına təkan vermişdir. İnternet medianın yüksəlişi ilə informasiya sahəsində ciddi dəyişikliklər baş vermiş, xəbər almaq və yaymaq sürətlənmişdir. Hazırda Azərbaycan mətbuatı həm ənənəvi çap mediası, həm də rəqəmsal platformalar üzərində inkişaf edir. Lakin qarşıda müəyyən çağırışlar da mövcuddur: medianın müstəqilliyi, informasiya təhlükəsizliyi, keyfiyyətli jurnalistika və media etikası məsələləri diqqət mərkəzindədir.

Ümumilikdə, 150 illik inkişaf yolu Azərbaycan mətbuatının xalqla dövlət arasında güclü körpü rolunu qoruduğunu göstərir və gələcəkdə də bu ənənələrin davam etdirilməsi önəmlidir. Milli mətbuatımızın bu yubileyi həm keçmiş uğurları xatırlamaq, həm də medianın daha da inkişafı üçün yeni istiqamətlər müəyyən etmək baxımından əhəmiyyətlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri