Icma.az
close
up
RU
Sosial müavinətlərin artırılması təkcə sosial deyil,.. EKSPERT RƏY BİLDİRDİ

Sosial müavinətlərin artırılması təkcə sosial deyil,.. EKSPERT RƏY BİLDİRDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Prezidentin imzaladığı sərəncama əsasən sosial müavinətlərin artırılması ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ən mühüm və strateji addımlardan biridir. Bu qərarın əsas məqsədi cəmiyyətin ən həssas təbəqələrinin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial rifahını artırmaq və gələcək üçün daha güvənli həyat təmin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, müavinətlərin artırılması xüsusilə aztəminatlı ailələr, əlilliyi olan şəxslər, tənha ahıllar, valideyn himayəsindən məhrum uşaqlar və digər yardıma ehtiyacı olan vətəndaşlar üçün maddi cəhətdən mühüm dəstək rolunu oynayır: "Bu artımın tətbiqi nəticəsində həmin şəxslərin gündəlik ehtiyaclarını qarşılamaq imkanları genişlənir. Onlar ərzaq, dərman, kommunal xidmətlər və digər vacib sahələrdə daha rahat seçim edə bilirlər. Bu isə öz növbəsində onların sosial təhlükəsizliyini təmin edir, psixoloji rahatlıqlarını artırır və cəmiyyətdə özlərini daha dəyərli hiss etmələrinə şərait yaradır.

Sosial müavinətlərin artırılması təkcə sosial deyil, həm də iqtisadi baxımdan əhəmiyyətli qərardır. Belə ki, bu artımlar əhalinin alıcılıq qabiliyyətini artırmaqla daxili bazarda tələbin yüksəlməsinə səbəb olur. İnsanların daha çox xərcləməsi iqtisadi dövriyyəni canlandırır, ticarət və xidmət sahələrində aktivliyin artmasına yol açır. Nəticədə kiçik və orta sahibkarlıq subyektlərinin gəlirləri artır, yeni iş yerləri yaranır və məşğulluq səviyyəsi yüksəlir. Bu isə ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir göstərir.

Digər tərəfdən, bu qərar dövlətin sosial ədalət prinsipinə sadiqliyini və vətəndaşlara göstərdiyi diqqət və qayğının davamlı xarakter daşıdığını sübut edir. Bu cür sosial yönümlü siyasət cəmiyyətdə dövlətə olan etimadı gücləndirir, insanların gələcəyə olan inamını artırır və ictimai sabitliyin qorunmasında mühüm rol oynayır. Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın formalaşması isə uzunmüddətli sosial inkişaf üçün əsas şərtlərdən biridir.

Bütün bunları nəzərə alaraq demək olar ki, sosial müavinətlərin artırılması qərarı yalnız indiki dövr üçün deyil, həm də gələcək perspektivlər baxımından ölkənin sosial və iqtisadi inkişafına böyük töhfə verəcək mühüm və çoxşaxəli bir addımdır. Bu qərar həm sosial ədalətin təmin olunması, həm də dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından yüksək qiymətləndirilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri