Icma.az
close
up
RU
Azərbaycan mətbuatının 150 yaşı tamamlanır ƏNƏNƏVİ MEDİA SIRADAN ÇIXIR? AÇIQLAMA FOTO

Azərbaycan mətbuatının 150 yaşı tamamlanır ƏNƏNƏVİ MEDİA SIRADAN ÇIXIR? AÇIQLAMA FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan mətbuatı bu il 150 illiyini qeyd edəcək. 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə rəsmi olaraq ilk milli mətbuatımız Həsən bəy Zərdabi tərəfindən təsis olunmuş və 22 iyul 1875-ci ildə Bakıda çapdan çıxmışdı.

İllər keçdikcə Azərbaycan mətbuatı da digər ölkələrin mətbuatı kimi inkişaf etməyə və texnologiyaya ayaq uydurmağa başladı. Mətbuatın əsas simalarından biri olan qəzetlər isə tədricən öz mövqeyini sosial şəbəkələrə, multimediyaya, xəbər saytlarına və televiziya kanallarına verməyə başladı. Bir zamanlar hər gün maraqla oxunan qəzetlər getdikcə oxucusunu itirdi. Doğrudur, bu gün də yaşlı nəslin müəyyən bir hissəsi qəzet oxumağa davam edir, lakin, bu, artıq çox kiçik bir kütləni əhatə edir.
Buna görə də Medianın İnkişafı Agentliyi mətbuatı dirçəltmək və müasir dövrə uyğunlaşdırmaq məqsədilə onlayn qəzet sisteminin qurulmasına təşəbbüs göstərdi. Lakin sosial şəbəkələrin həm daha aktiv, həm də daha əlçatan olması onlayn qəzetlərin geniş auditoriya qazanmasına mane olur. Oxucuların məlumatı daha tez, interaktiv və vizual şəkildə əldə etməyi üstün tutması da bu prosesə təsir edir.

Belə olan halda, onlayn qəzetlərin oxunmasını artırmaq üçün hansı praktiki addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Avtosfer.az-a açıqlamasında bildirib ki, çap mediasının kiçilməsi təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan bir tendensiyadır:


“Bu, əvvəllər televiziya və digər media vasitələri ilə həyata keçirilirdisə, indiki dövrdə həm sosial şəbəkələr, sosial media, həm də müxtəlif xəbər tətbiqləri vasitəsilə informasiya ötürülür. Bütün bu alternativlər içərisində Azərbaycan mətbuatının nümunələri olaraq hökumət qəzetləri yəni rəsmi qəzetlər ilə birlikdə hal-hazırda təxminən 20-25 arası qəzet nəşr olunur. Bunlar həftəlik və gündəlik olaraq ölkə ərazisində, o cümlədən paytaxtda yayılır.

Düzdür, yayım imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Məsələn, əvvəllər çap mediasının satışı metro stansiyalarında həyata keçirilirdi və bu, kifayət qədər effektiv yayım kanalı idi. Bundan başqa, əldə yayım da geniş yayılmışdı, köşklərin sayı çox idi. Lakin hazırda metro ərazisində qəzetlərin satışı uzun illərdir dayandırılıb. Əldə yayım da yoxdur və köşklərin sayı çox azdır. Mövcud köşklərdə isə qəzetlərə münasibət ürəkaçan deyil qəzetlər kənarda, yağışın altında saxlanılır, satış düzgün təşkil olunmayıb”.

Aqil Camal əlavə olaraq qeyd edib ki, bütün bunlara baxmayaraq, informasiya texnologiyalarının, xəbər saytlarının və audiovizual medianın inkişafı çap mediasını təkcə Azərbaycanda deyil, bütün dünyada sıxışdırır:

“Çap mediasının gələcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu yaxınlarda qəzet rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrdə qeyd olundu ki, hazırda Azərbaycan mediasının  istər onlayn media subyektləri, istər televiziyalar əsas aparıcı fiqurları məhz qəzetçilik məktəbindən gələn jurnalistlərdir.


Bu baxımdan, Azərbaycan qəzetçiliyi bütövlükdə medianı etibarlı və peşəkar kadrlarla təmin edib. Bu məktəbi qoruyub saxlamaq həm ənənəni yaşatmaq, həm medianın zənginliyini təmin etmək, həm də yeni mediaya bu məktəbdən çıxan təcrübəli kadrların ötürülməsi baxımından vacibdir.

Bu proses hansı formada həyata keçiriləcək bunu zaman göstərəcək. Amma qəzetlərin oxunmasını artırmaq üçün hansı addımlar atılmalıdır? Bu məsələnin bir çox aspektləri artıq tükənib. Çünki hər qəzetin artıq onlayn versiyası mövcuddur. Orada eksklüziv və operativ məlumatlar dərhal yayımlanır. Oxucu artıq həmin xəbəri sabahkı qəzetdə oxumağı gözləmir  çünki istənilən digər media resursu da həmin xəbəri yayımlaya bilər. Amma yenə də çap mediasını qorumaq lazımdır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin fikrincə, sosial şəbəkələr işıq üzü görəndən bəri operativlik məsələsində yeni media saytları və sosial şəbəkələr qəzetləri qabaqlayırlar:


“Amma sosial şəbəkələrdə məsuliyyət hiss olunmur, jurnalistika prinsiplərinə əməl edilmir. Bu baxımdan qəzetlərin klassik janrları, araşdırma jurnalistikası, reportaj, publisistik yazılar indi sıradan çıxıb.

Media, sosial şəbəkələrin və yeni saytların şəklində xeyli dərəcədə perimetrləşıb. Əlbəttə aydındır ki, texnologiyalar inkişaf etdikcə qəzetlərin kağız forması sıradan çıxacaq, operativlik əsas amillərdən birinə çevriləcək”.

Rəşid Məcid son olaraq bildirib ki, amma eyni zamanda arzulayırıq ki, jurnalistikanın təməl prinsiplərinə riayət olunsun. 

“Etik davranışlara əməl edilsin və klassik jurnalistikanın mükəmməl janrları yeni medialarda da öz formalarını qoruyub saxlasın”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, 150 illiyini qeyd etdiyimiz milli mətbuatımız hər zaman Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə hazırkı inkişaf səviyyəsinə gəlib çatıb:


“Prezident İlham Əliyevin  “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi,  bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir”.


Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə bu gün  ən qabaqcıl yerlərdən birini tutur:
“Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.  Bəli, bu gün həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr, internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Vaxt, operativlik baxımından sosial şəbəkələr media resurslarının qabaqlayır. Amma sosial şəbəkələr etibarlı xəbər mənbəyidirmi? Vətəndaş sosial şəbəkədə oxuduğu informasiyanı etibar etdiyi media resursu, daha çox ənənəvi media vasitəsilə dəqiqləşdirməyə çalışır. Ənənəvi media, ciddi onlayn media resursları etibarlı, güvənilən mənbədir”. 

Baş redaktor sonda əlavə edib ki, istər ənənəvi media, istərsə də onlayn qəzetlər yeni tendensiyaları, oxucu marağını nəzərə almalı, müasir yanaşmalardan istifadə etməlidir:

“Bu yolla ənənəvi media, onlayn qəzetlər Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini qoruyacaq, ölkəmizin həqiqətlərinin təbliğinə öz töhfələrini verməyə davam edəcək”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see215

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see179

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see148

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri