Icma.az
close
up
RU
Piylənmə ilə mübarizəyə kömək edən qida əlavəsi KƏŞF EDİLDİ

Piylənmə ilə mübarizəyə kömək edən qida əlavəsi KƏŞF EDİLDİ

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Alimlər piylənmə ilə mübarizəyə kömək edən təbii maddə yaradıblar.
Bizim.Media xəbər verir ki, Çjeszyan Texnologiya Universitetinin tədqiqatçıları qəhvəyi yosundan əldə olunan modifikasiya edilmiş birləşmə hazırlayıblar.
Bu maddə iştahanı azaltmaq və ya bədəndə yağı yandırmaq yolu ilə deyil, bağırsaq bakteriyalarına təsir edərək, orqanizmin çəki artımına qarşı təbii mübarizə aparmasına kömək edir.
Alimlər fukoidan adlı şəkərlərlə zəngin polisaxariddən istifadə ediblər. O, yeyilən qəhvəyi yosun növü olan “Saccharina japonica”dan alınır.
Tədqiqatçılar bu molekulu daha yaxşı mənimsənilməsi və mikrobioma təsirinin gücləndirilməsi üçün müxtəlif molekulyar kütləyə və sulfat səviyyəsinə malik daha kiçik hissələrə ayırıblar. Ən güclü təsir aşağı molekulyar kütlə və yüksək sulfatlı formaya – LMWF4-ə məxsus olub.
 

Yüksək yağlı qidalar qəbul edən siçanlarda aparılan təcrübələrdə LMWF4 çəki artımını ləngidib, yağ yığılmasını azaldıb və qanda şəkər və xolesterin səviyyəsini yaxşılaşdırıb. Bu zaman bağırsaq mikroflorasının tərkibi də dəyişərək metabolik sağlamlıqla əlaqəli faydalı bakteriyaların artmasına, piylənmə ilə assosiasiya olunan mikrobların isə azalmasına səbəb olub.


Tədqiqatçıların sözlərinə görə, təsir birbaşa yağ metabolizmasına deyil, mikrobiomun yenidən qurulmasına əsaslanır və bu, bağırsaqda çəki artımına davamlı bir mühit yaradır.
Alimlər bildirirlər ki, LMWF4 uzunmüddətli mikrobiom sağlamlığının qorunmasına və piylənmə ilə mübarizəyə kömək edən funksional qida məhsulu və ya əlavəyə çevrilə bilər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri