Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Killian Mbappe: “Yamaldan əl çəkin”

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Azı qərar, çoxu zərər...

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Azərbaycan mətbuatının 150 yaşı: Hansı istiqamətlərin inkişafı ləngiyir? MEDİA RƏHBƏRLƏRİ AÇIQLADI FOTO

Azərbaycan mətbuatının 150 yaşı: Hansı istiqamətlərin inkişafı ləngiyir? MEDİA RƏHBƏRLƏRİ AÇIQLADI FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bugünkü Azərbaycan mətbuatında qlobal media mühitinə inteqrasiya prosesi sürətlə getsə də, bəzi sahələrdə hələ də geriləmələr və çatışmazlıqlar mövcuddur. Rəqəmsal media alətlərinin geniş yayılması, sosial şəbəkələrin informasiya mənbəyi kimi aktuallaşması jurnalistikanın formasını dəyişib və yeni yanaşmalar tələb edir. Bununla belə, klassik xəbər təqdimat formatlarında, mənbəyə istinad, fakt yoxlanılması və dərin təhlil kimi əsas prinsiplərdə hələ də müəyyən boşluqlar qalmaqdadır.

Eyni zamanda, bəzi media qurumlarında ixtisaslaşmış jurnalistika, məsələn, iqtisadi, hüquqi, idman, sarı, publisistik və ya araşdırma jurnalistikası kimi sahələrin inkişaf sarıdan ləngidiyi görünür. Digər tərəfdən, bəzi redaksiyalar fərqlənmək və auditoriya toplamaq üçün məhz konkret sahəyə yönəlməyi – ixtisaslaşmanı – üstün tutur. Lakin bu yanaşma bəzən kontentin şablonlaşmasına və jurnalistlərin yalnız bir istiqamətdə məhdudlaşmasına da səbəb olur.

Bəs, bu gün Azərbaycan jurnalistikası müasir dünya jurnalistikasının standartlarına tam uyğunlaşa bilibmi? İxtisaslaşma media orqanlarının inkişafına səbəb olur, yoxsa şablonlaşmanı artırır?

Mövzu ilə bağlı “Bakıvaxtı.az” xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan jurnalistikası inkişaf dövrünü yaşayır:


“Amma etiraf edək ki, ölkə mediasında jurnalistikanın bütün sahələri müasir dünya jurnalistikasına tam uyğunlaşmayıb. Bəzi sahələrdə irəliləyişlər var, bunu danmaq olmaz, bununla belə bir sıra istiqamətlərdə hələ də çatışmazlıqlar mövcuddur.

Dünya jurnalistikasına uyğunlaşan sahələri sıralasaq, öndə onlayn jurnalistika gələr. Belə ki, veb saytlar, sosial media platformalarında fəaliyyət göstərən media qurumları artıq rəqəmsal alətlərlə işləyir.

Mobil jurnalistika da inkişafdadır. Məsələn, bəzi yeni media qurumları mobil telefon vasitəsilə reportaj hazırlayır, bu isə texnologiyanın tətbiqinə işarədir.
Qeyd etdiyimiz kimi, bununla yanaşı uyğunlaşmayan sahələr də az deyil. Məsələn, Azərbaycan mətbuatında araşdırma yazılarına nadir hallarda rast gəlinir. Bu sahənin zəifliyi göz önündədir. Nədənsə, jurnalistlərimiz dərin, sistemli, faktlara əsaslanan və cəmiyyətin marağında olan araşdırmalara az üstünlük verirlər.

Jurnalistikada ixtisaslaşmaya gəlincə, Azərbaycan mətbuatında iqtisadiyyat, hüquq, elm və texnologiya, ətraf mühit sahələrində ixtisaslaşmış jurnalistlərimiz azdır. Bu isə məlumatların ötəri, qeyri-peşəkar təqdimatına gətirib çıxarır”.

Baş redaktor əlavə edib ki, yeni nəsil jurnalistlər əsasən sosial yönümlü, eləcə də mədəniyyət və şou xəbərlərinə üstünlük verirlər:

“Bəzi jurnalistlər hələ də senzura, təqib və təzyiqdən çəkinir, bu isə təbii ki, müstəqil və kəsərli jurnalistikanın inkişafına mane olur. Bundan başqa, mətbuatımızda mənbə yoxluğu açıq hiss olunur. Bəzi rəsmi məlumatlara çıxışda çətinlik çəkirik, bəzi dövlət qurumlarının məlumatları qapalı saxlaması obyektiv jurnalistikanın işinə əngəl olur.
Hesab edirəm ki, jurnalistikada ixtisaslaşma olmalıdır. Təbii ki, ixtisaslaşmanın düzgün tətbiqi media subyektlərinin inkişafına gətirib çıxarar. Sahə üzrə ixtisaslaşan jurnalistlər ilk növbədə mövzunu daha dərindən təhlil edir. İxtisaslaşan jurnalist oxucuya, tamaşaçıya keyfiyyətli məlumat çatdırır. Bundan başqa, ixtisaslaşma, jurnalistin özünü ekspertə çevirir.

Bununla belə, jurnalistin bütün sahələrdən məlumatlı olması, həm onun özü, həm də çalışdığı mətbuat orqanının işinə yarayar”.

“BakuPost.az” saytının rəhbəri Elçin Zahiroğlunun fikrincə, son illər Azərbaycan jurnalistikasında texnoloji və forma baxımından xeyli dəyişikliklər baş verib:
“Jurnalistlərin nəzəri bilikləri, praktik vərdişləri və peşəkarlıq səviyyəsinin artırılması üçün xeyli layihələr həyata keçirilib.


Bu baxımdan MEDİA-nın ADA ilə birgə keçirdiyi təlimlərinin rolunu xüsusi qeyd etmək lazımdır. Bu təlimlər jurnalistlərimizə xarici mütəxəssislərin təcrübəsi ilə tanış olmaq və ondan yararlanmaq, eyni zamanda dünyanın inkişaf etmiş media resurslarının iş prinsiplərini öyrənmək, öz fəaliyyətlərində bunu tətbiq etmək baxımından böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, sosial media platformalarından istifadə, internet televiziyası və podkastlar beynəlxalq jurnalistikaya yaxınlaşmaq yönündə cəhdlərin bir hissəsidir.

Nəzərəçarpan keyfiyyət dəyişikliklərinə rəğmən, müəyyən problemləri də qeyd etmək lazımdır.

Məsələn, Azərbaycanda araşdırma jurnalistikası zəif inkişaf edib. Standartlara uyğun, jurnalistikanın tələblərinə cavab verən və cəmiyyəti narahat edən məsələlərlə bağlı araşdırmalara nadir hallarda rast gəlinir”.

Jurnalist qeyd edib ki, ölkədə hələ də məlumat almaq, müəyyən qaynaqlardan vaxtında əldə etmək müşkül məsələ olaraq qalır:

“Bu da hazırlanan məlumatların səthi xarakter daşımasına gətirib çıxarır. Bundan əlavə, hələ də Bakı mərkəzli jurnalistika dominantdır. Regionlarda peşəkar kadr az, infrastruktur zəifdir. Düzdür, zaman-zaman regionlarda jurnalistikanın inkişafı üçün müəyyən addımlar atılıb, layihələr icra olunub, amma hazırkı vəziyyət bugünkü reallıqlarla ayaqlaşmır”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin sözlərinə görə, Azərbaycan mediası dünya mətbuatının bir parçasıdır:


“Yəni Azərbaycan mətbuatını dünya mediasından ayırmaq, ayrı bir qalaktika kimi düşünmək düzgün deyil. O baxımdan, dünyada media ilə bağlı nə baş verirsə, Azərbaycanda da özünü göstərir. Təbii ki, bizim də özünəməxsus xüsusiyyətlərimiz var. Azərbaycan mədəniyyətindən irəli gələn bəzi məqamlar var ki, əlbəttə ki, bu bizim mətbuatımıza da sirayət edir.

Çatışmazlıq? Bütün sahələrdə çatışmazlıq var. Məncə, bu gün Azərbaycan mediasının ən böyük çatışmazlığı kadr potensialıdır. Yetərincə yerində olmaması və xüsusilə gənc jurnalistlərin daha asan yollarla xəbər əldə etmək cəhdləridir. Özlərini çətinə vermədən xəbər hazırlamağı adət ediblər. Hərbi jurnalistika, araşdırma jurnalistikası və digər məsələlərdə əksikliklərimiz var. Amma bütün bunlar da keçicidir və zamanla o boşluqlar da Azərbaycanda yerini dolduracaq. Mən hesab etmirəm ki, ixtisaslaşmış medianın da media subyektlərinin inkişafına və ya şablonlaşmasına hansısa bir mənada təsiri olar”.

Aqil Ələsgər əlavə olaraq qeyd edib ki, dünyanın hər yerində ixtisaslaşmış media var:

“Bu, ənənəvi mediadan fərqli olaraq bir az sahəvi məsələlərdir. O sahənin həm də inkişafına yönələn media prosesidir. Ümumilikdə, demək olar ki, Azərbaycan mediası bugün 20-30 il əvvəlki media deyil. Kifayət qədər mərhələlərdən keçib və ağır mərhələlərdən keçib. Bu gün “Media haqqında” qanun və ona edilən əlavə dəyişikliklər, jurnalist hüquqlarının əvvəlki illərdən daha çox qorunması məsələləri və digər məsələlər əslində bu gün Azərbaycan dövlətinin də mediaya olan ciddi qayğısını göstərməkdədir.

Bu baxımdan hesab edirəm ki, Azərbaycan mediası öz inkişaf mərhələsinə qədəm qoymaqdadır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see400

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see390

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see178

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see162

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see144

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see135

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see134

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see130

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see127

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see127

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see126

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see126

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see123

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see123

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see122

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see121

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see120

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see120

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see116

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri