Icma.az
close
up
RU
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin illik fəaliyyəti müzakirə edilib AZƏRTAC

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin illik fəaliyyəti müzakirə edilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi, elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktor müavini professor Şaiq İbrahimov təqdim edib. Qeyd edilib ki, 2024-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildləri üzərində işlərin aparılması istiqamətində fəaliyyət göstərib.

AMEA-da “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə çoxsaylı elmi materialların dərc edilməsi ilə yanaşı, ən fundamental nəşrlərdən biri kimi, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub. Mərkəz tərəfindən hazırlanmış “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü AMEA Rəyasət Heyətinin 2023-cü il 10 oktyabr tarixli iclasında geniş müzakirə edilərək təsdiq olunub.

“Heydər Əliyev Ensiklopediyası” Ümummilli Liderin Azərbaycanın dövlət strukturlarının və dövlət rəmzlərinin formalaşmasında, Konstitusiyanın hazırlanmasında, ordu quruculuğunda və milli təhlükəsizlik sisteminin yaradılmasında xidmətləri, Azərbaycan xalqı və dövləti naminə həyata keçirdiyi fəaliyyətin tarixi icmalı, cəmiyyətin azərbaycançılıq ideologiyasına yönləndirilməsi, humanizm və demokratiya sadiqliyin möhkəmləndirilməsi üçün gördüyü işlər, xarici dövlətlər və təşkilatlarla əlaqələrin qurulmasında və inkişafında, xalqın sosial durumunun və ölkənin iqtisadiyyatının yaxşılaşdırılmasında, orta və ali təhsilin təşkilində və inkişafında, elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində, respublikada yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsində, icbarı sığortaya keçiddə, ölkədə olimpiya hərəkatının yaranması sahəsində uğurlu fəaliyyəti, Azərbaycanda musiqi mədəniyyətinin, bədii yaradıcılığın, muzey işinin inkişafında, tarixi-memarlıq qoruqlarının yaradılmasında, ölkənin təbii sərvətlərinin öyrənilməsi və səmərəli istifadəsinin təşkilində və s. haqqında ətraflı məlumatları əhatə edəcək. Hazırda sözlüyə uyğun olaraq 800-ə qədər məqalənin ilkin variantının yazıldığı və məqalələrin redaktəsinin həyata keçirildiyi bildirilib. Bundan əlavə, 2024-cü ildə Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi Elmi Mərkəzin redaksiyaları tərəfindən hazırlanaraq çapa təqdim edilib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin sahələr üzrə elmi redaksiyaları Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildinə aid məqalələrin ilkin redaksiya variantını hazırlayaraq yoxlanılması üçün müvafiq humanitar və təbiət elmləri üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təhvil veriblər.

Hesabat ili ərzində Azərbaycan Milli Ensiklopediyasının növbəti cildlərinə daxil edilməsi üçün bütün elmi redaksiyaların hazırladıqları məqalələrin ümumi sayı 3861 olub.

Məruzə dinlənildikdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, müvafiq qərar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see183

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri