Icma.az
close
up
RU
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA nın 80 illik yubileyinə həsr olunan tədbir keçirilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA nın 80 illik yubileyinə həsr olunan tədbir keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA-nın yaradılmasının 80 illiyinə və 27 Mart - Elm Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Tədbirdə “Azərbaycan Milli Ensiklopediya” Elmi Mərkəzinin direktor müavini professor Şaiq İbrahimov “Azərbaycan Milli Elmlər Akademiyası: 80 yaşlı elm məbədi” mövzusunda məruzə ilə çıxış edib. Professor vurğulayıb ki, akademiya Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin inkişafının istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, peşəkar elmi kadrların yetişdirilməsində müstəsna rol oynayıb.

Məruzəçi qeyd edib ki, bu elm məbədinin sələfi 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti olub. Azərbaycanda elmə sistemli yanaşmanın əsası məhz bu Cəmiyyət tərəfindən qoyulub. 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə həmin şöbə əsasında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı formalaşdırılıb. Nəhayət, 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyası təsis olunub.

Professor vurğulayıb ki, akademiyanın inkişafında əlamətdar mərhələ Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövrünə təsadüf edir. Azərbaycan Elmlər Akademiyası Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə özünün yüksələn inkişaf yoluna qədəm qoyub. 2001-ci ildə Ulu Öndərin xüsusi Sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli” statusu verilib.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 Mart - Elm Gününün təsis edilməsi, habelə elm sahəsində aparılan islahatlar elmin inkişafına və elm adamlarına göstərilən diqqətin təzahürüdür.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin fəaliyyət istiqamətləri və əsas nailiyyətləri barədə məlumat verən məruzəçi qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Ensiklopediyası AMEA-nın nəzdinə daxil edilib və onun bazasında 2004-cü il 5 may tarixli Sərəncama əsasən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılıb.

Dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamını xatırladan professor Şaiq İbrahimov bu mühüm dövlət sənədinin Azərbaycan elminə, akademiyaya, aliminə verilən ən yüksək qiymətin ifadəsi olduğunu vurğulayıb. O, AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiyanın yaradıldığını və Tədbirlər planının təsdiqləndiyini söyləyib.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri