Icma.az
close
up
RU
Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kiprə səfər etdi FOTOLAR

Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kiprə səfər etdi FOTOLAR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun  üzvləri Şimali Kiprdə səfərdədirlər. Şimali Kiprə səfər edən nümayəndə heyətinə Milli Məclisin deputatı,  ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev rəhbərlik edir.

Səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatar Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Ersin Tatar Azərbaycana səfərlərini xatırladaraq bu dostluq, qardaşlıq görüşlərinin bundan sonra da davam edəcəyini bildirib.

Şimali Kipr Türk Respublikasının Türk Dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayan Ersin Tatar bu yolda qardaş Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib. Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin  türk dünyasında rolunun artırılmasına verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

 

Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev  15 Noyabr Respublika Günü münasibətilə Ersin Tatarı təbrik edib. Millət vəkili qeyd edib ki, məhz bu gün ərəfəsində  Şimali Kipr Türk Cümhuriyyətində olmaq şərəfdir.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycan Milli Məclisinin ŞKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyevi qəbul edib.

Xarici işlər naziri Tahsin Ertuğruloğlu KKTC-nin yaranmasının 41-ci ildönümü və 15 Noyabr Respublika Bayramı şənliklərində iştirak etmək üçün ölkəyə gələn Azərbaycan Milli Məclisi-ŞKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və Tural Gəncəliyevə öz salamlarını çatdırıb.

Xarici işlər naziri Ərtoğruloğlu Azərbaycan nümayəndə heyətinə Kipr türk xalqının bayramında yanında olduqları üçün  onlara  təşəkkür edib.

Qəbulda ŞKTC-Azərbaycan Milli Məclisi Dostluq Qrupunun üzvləri Rəsmiyə Canaltay və Həsən Tosunoğlu da iştirak edib.

Qardaş ölkədə  görüşlərini davam etdirən Azərbaycan nümayəndə heyətini Şimali Kipr Türk Cümhuriyyətinin  Məclisinin sədri Ziya Öztürkler qəbul edib.  Fəxri ziyafət salonunda keçirilən ziyafətdə çıxış edən Azərbaycan Milli Məclisinin KKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev Ziya Öztürkləri TBMM Başkanlığı seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Müstəqilliyin əldə olunmasının çox çətin bir nemət olduğunu vurğulayan Feyziyev, Şimali Kipr Türk Cümhuriyyətinin inkişafı və möhkəmlənməsinə bütün türk dünyasının borclu olduğunu bildirib.

Feyziyev ŞKTC-nin güclənməsi üçün əllərindən gələni edəcəklərini, iki ölkə arasında son illərdə inkişaf edən əlaqələrin əsasının da məhz bu olduğunu bildirib.

Cavanşir Fevziyev bildirib ki, Azərbaycan bu günə qədər bir çox çətinliklərlə üzləşib, lakin bu məqamda öz problemləri həll olunduğu kimi, ŞKTC qarşısındakı maneələr də aradan qaldırılacaq və onlar üzərinə düşəni edəcək.

Fevziyev çıxışının sonunda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.

Ziya Öztürkler məhz 15 Noyabr Respublika Günü ərəfəsində onların yanında olduqları üçün  Cavanşir Feyziyevə və Tural Gəncəliyevə təşəkkür edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri