Icma.az
close
up
RU
Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kiprə səfər etdi FOTOLAR

Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kiprə səfər etdi FOTOLAR

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun üzvləri Şimali Kiprdə səfərdədirlər. Şimali Kiprə səfər edən nümayəndə heyətinə Milli Məclisin deputatı, ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev rəhbərlik edir.

Səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatar Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Ersin Tatar Azərbaycana səfərlərini xatırladaraq bu dostluq, qardaşlıq görüşlərinin bundan sonra da davam edəcəyini bildirib.

Şimali Kipr Türk Respublikasının Türk Dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayan Ersin Tatar bu yolda qardaş Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib. Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasında rolunun artırılmasına verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev 15 Noyabr Respublika Günü münasibətilə Ersin Tatarı təbrik edib. Millət vəkili qeyd edib ki, məhz bu gün ərəfəsində Şimali Kipr Türk Cümhuriyyətində olmaq şərəfdir.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycan Milli Məclisinin ŞKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyevi qəbul edib.

Xarici işlər naziri Tahsin Ertuğruloğlu KKTC-nin yaranmasının 41-ci ildönümü və 15 Noyabr Respublika Bayramı şənliklərində iştirak etmək üçün ölkəyə gələn Azərbaycan Milli Məclisi-ŞKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və Tural Gəncəliyevə öz salamlarını çatdırıb.

Xarici işlər naziri Ərtoğruloğlu Azərbaycan nümayəndə heyətinə Kipr türk xalqının bayramında yanında olduqları üçün onlara təşəkkür edib.

Qəbulda ŞKTC-Azərbaycan Milli Məclisi Dostluq Qrupunun üzvləri Rəsmiyə Canaltay və Həsən Tosunoğlu da iştirak edib.

Qardaş ölkədə görüşlərini davam etdirən Azərbaycan nümayəndə heyətini Şimali Kipr Türk Cümhuriyyətinin Məclisinin sədri Ziya Öztürkler qəbul edib. Fəxri ziyafət salonunda keçirilən ziyafətdə çıxış edən Azərbaycan Milli Məclisinin KKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev Ziya Öztürkləri TBMM Başkanlığı seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Müstəqilliyin əldə olunmasının çox çətin bir nemət olduğunu vurğulayan Feyziyev, Şimali Kipr Türk Cümhuriyyətinin inkişafı və möhkəmlənməsinə bütün türk dünyasının borclu olduğunu bildirib.

Feyziyev ŞKTC-nin güclənməsi üçün əllərindən gələni edəcəklərini, iki ölkə arasında son illərdə inkişaf edən əlaqələrin əsasının da məhz bu olduğunu bildirib.

Cavanşir Fevziyev bildirib ki, Azərbaycan bu günə qədər bir çox çətinliklərlə üzləşib, lakin bu məqamda öz problemləri həll olunduğu kimi, ŞKTC qarşısındakı maneələr də aradan qaldırılacaq və onlar üzərinə düşəni edəcək.

Fevziyev çıxışının sonunda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.

Ziya Öztürkler məhz 15 Noyabr Respublika Günü ərəfəsində onların yanında olduqları üçün Cavanşir Feyziyevə və Tural Gəncəliyevə təşəkkür edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see301

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see189

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see149

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see143

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see131

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see123

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see122

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see119

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119

Rusiyanın 28 milyon tondan çox nadir torpaq metal ehtiyatları var

24 Oktyabr 2025 02:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri