Icma.az
close
up
RU
Azərbaycan Milli Xalça Muzeyi Amerika Muzeylər İttifaqının növbəti konfransına dəvət olunub

Azərbaycan Milli Xalça Muzeyi Amerika Muzeylər İttifaqının növbəti konfransına dəvət olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Vaşinqtonda muzey rəhbərləri ilə görüşüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Vaşinqtona səfəri çərçivəsində müxtəlif aparıcı muzey və mədəniyyət qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Amerika Muzeylər İttifaqının prezidenti və baş direktoru Marilin Ceksonla görüş zamanı Əminə xanım Azərbaycan xalça sənətinin zəngin ənənələri, Milli Xalça Muzeyinin tarixi, müasir fəaliyyəti, beynəlxalq əlaqələri və gələcək layihələri haqqında ətraflı məlumat verib.

O, həmçinin muzeyin inklüziv layihəsi, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan taktil xalçaları barədə danışıb. Bu innovativ təşəbbüs Marilin Ceksonda böyük maraq doğurub. O, öz növbəsində 3400 üzvü olan Amerika Muzeylər İttifaqının fəaliyyəti, ABŞ-da muzey sahəsindəki müasir tendensiyalar və mümkün əməkdaşlıq istiqamətləri barədə də məlumat verib, Azərbaycan Milli Xalça Muzeyini Amerika Muzeylər İttifaqının növbəti konfransının iştirakçısı olmağa dəvət edib.

Əminə Məlikova Orta Şərq İnstitutunun incəsənət və mədəniyyət üzrə vitse-prezident Keyt Selye və qurumun İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru Layn Sneyq ilə görüşüb. Tərəflər xalçaçılıq irsinin müasir rəssamlar üçün ilham mənbəyinə çevrilməsi, təcrübə mübadiləsi, sərgilərin təşkili və digər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Növbəti görüş Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən Tekstil Muzeyində bu mədəniyyət ocağının direktoru Con Vetenhal ilə baş tutub. Muzey direktoru qonağa yeni daimi ekspozisiya və muzey kitabxanası haqqında məlumat verib, son dövrlərdə tələbələrlə birlikdə həyata keçirdikləri layihələrdən bəhs edib. Tərəflər bu il 100 illik yubileyini qeyd edən Tekstil Muzeyinin kolleksiyasında qorunub saxlanılan nadir Azərbaycan xalçaları və tikmələri barədə də fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin nəfis nəşrlərini Tekstil Muzeyinin zəngin kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, bu cür görüşlər Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği və muzey sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri