Azərbaycan millisi AÇ də 11 idmançı ilə təmsil olunacaq
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.
Futbolpress.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elbrus Rzayev U-23 Avropa çempionatında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.
Qadınlar ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək.
Yarışda hakimlər arasında beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq.
Qeyd edək ki, Macarıstana bu gün yollanan milli komanda Bakıya noyabrın 30-da qayıdacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 31 Avqust 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















