Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.
QOL.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan İlham Yədullayevin baş məşqçisi olduğu millimiz Albaniya yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.
Qeyd edək ki, U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.
19 mart
18:00. Azərbaycan (U-17) – Albaniya (U-17) - 1:4
Qollar: Rzayev, 47 - Gjoka, 7, 53, 64, Kulla, 76
Baş hakim: Jérémy Muller (Lüksemburq)
Baş hakimin köməkçiləri: Yannick Mentz (Lüksemburq), Gian Marco Ercolani (San Marino)
Dördüncü hakim: Michele Beltrano (San Marino)
Elbasan Arena.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Mart 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















