Azərbaycan millisi Estoniyaya qarşı
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə qarşılaşacaq.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, Həbib Ağayevin rəhbərlik etdiyi U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub.
Milli dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.
Avropa çempionatı
Seçmə qrup mərhələsi, II tur
29 noyabr
13:00. Estoniya (U-19) - Azərbaycan (U-19)
Hakimlər: İfeoma Kulmala, Ann-Sofie Traskman (hər ikisi Finlandiya), Qalatia Kontakki, Mirofora Tumazu (hər ikisi Kipr)
“Kouklia Community” stadionu

