Niderlandın “NetherBridge Partners” şirkəti Bakıya gəlir
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderlandın “NetherBridge Partners” şirkəti Bakıda keçiriləcək “INMerge Innovation Summit 2026”da təmsil olunacaq.
“Qafqazinfo” xəbər verir ki, şirkətin Azərbaycana səfəri işgüzar əlaqələrin genişləndirilməsinə və yeni investisiya imkanlarının qiymətləndirilməsinə hesablanıb.
Amsterdam mərkəzli mühasibat və konsaltinq şirkəti 30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək sammit çərçivəsində yerli və beynəlxalq investorlar, biznes liderləri və sahibkarlarla əməkdaşlıq imkanlarını müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi və regionun mühüm biznes mərkəzlərindən birinə çevrilməsi Avropa şirkətləri üçün əməkdaşlığın yeni perspektivlərini açır. “NetherBridge Partners” bu prosesdə beynəlxalq təcrübəsi və peşəkar əlaqələri ilə iştirak etməyi, Azərbaycanın biznes mühitinə töhfə verməyi hədəfləyir.
Məlumata görə, şirkətin əsas prioritetləri sırasında qabaqcıl korporativ idarəetmə və maliyyə təcrübəsinin paylaşılması, eləcə də qarşılıqlı investisiya təşəbbüslərinin inkişafına dəstək verilməsi yer alır.
Bununla yanaşı Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrin inkişafına uzunmüddətli perspektivdən yanaşan şirkət iki ölkənin biznes icmaları arasında dayanıqlı tərəfdaşlıqların formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.
Amsterdam, Rotterdam və Leyden şəhərlərində fəaliyyət göstərən “NetherBridge Partners” beynəlxalq şirkətlərə, investorlara və biznes qruplarına şirkət qeydiyyatı, mühasibat uçotu, maliyyə, vergi, hüquq, korporativ idarəetmə və strateji konsaltinq sahələrində kompleks xidmətlər göstərir.
Ətraflı məlumat: www.netherbridge.nl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















