Azərbaycan millisindən təşkilatçıların qərarına etiraz
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dakar-2026 Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan üzgüçülük millisinin proqramında gözlənilməz dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin yaydığı məlumata görə, üzgüçülük yığmasının məşqçisi Ruslan Hətəmxanov suyun temperaturunun həddindən artıq yüksək olması səbəbindən 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışının proqramdan tamamilə çıxarıldığını açıqlayıb.
Hətəmxanov Süleyman İsmayılzadənin üç məsafədə (200, 400 və 800 m) yarışmalı olduğunu, lakin gözlənilmədən verilən bu qərarın narazılıq doğurduğunu qeyd edib:
“Suyun temperaturunun yüksək olması ilə əlaqədar 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışları ləğv edildi. Maraqlıdır ki, yarışın vaxtı dəyişdirilmədi, birbaşa proqramdan çıxarıldı. İlk dəfədir belə bir halla qarşılaşırıq. Qərar heç kimlə müzakirə edilmədən qəbul edildiyi üçün bir qədər narazılıqla qarşıladıq. Həmin məsafədə mübarizə sabah başlamalı idi. Beləliklə, Süleyman Oyunlarda iki məsafədə çıxış edəcək”.
Beləliklə, üzgüçülərimizin çıxış proqramında dəyişikliklər edilib. Azərbaycan üzgüçülərindən ilk olaraq Məryəm Cavadova yarışa qatılacaq. O, noyabrın 2-də 100 metr məsafəyə sərbəst üsulla üzəcək. Süleyman İsmayılzadə isə noyabrın 3-də 400, noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq.
Baxış sayı:159
Bu xəbər 31 Oktyabr 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















