Icma.az
close
up
RU
Azərbaycan millisinin baş məşqçisi beynəlxalq turnirdəki nəticələri dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi beynəlxalq turnirdəki nəticələri dəyərləndirib

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Avropa çempionatından öncə bizim üçün gözəl hazırlıq turniri oldu".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisinin baş məşqçisi Erhan Toker komandanın Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində çıxışına münasibət bildirərkən deyib.

Yarışı bürünc medallarla başa vuran komandanın baş məşqçisi ilk matçın çətin keçdiyini söyləyib: "İlk oyun çətin keçdi. Qazaxıstana gecə saatlarında gəldiyimiz üçün səhər istədiyimiz kimi oynaya bilmədik. Sonrakı matçlarda komanda pis deyildi. Xüsusən Gürcüstan təmsilçisi “Kutaisi” ilə görüş çətin oldu. Müdafiədə daha yaxşı idik. Turniri üçüncü pillədə başa vurduq. Əslində, “Kutaisi” komandası yarışı birinci yerdə bitirəcəkdi. Ancaq onları məğlub etdiyimiz üçün Qazaxıstan təmsilçisi çempion oldu”.

O, bəzi basketbolçuların çıxışından razı qaldığını deyib: “Turnir bitdikdən sonra ilk oynadığımız komanda ilə yoldaşlıq görüşü keçirdik. Rəqib heyətə yaşca daha böyük olan iki oyunçu əlavə etmişdi. Düzdür, məğlub oluq, amma qələbə də qazana bilərdik. Bu oyunun ilk hissəsini pis, ikinci yarısını isə yaxşı keçirdik. Turnirdəki nəticəmiz çox böyük əhəmiyyət kəsb etmir. Avropa çempionatına hazırlaşmağa çalışırıq. Bəzi oyunçulardan məmnunam. Amma bir qədər təcrübə çatmır. Bəzən çox tələsirik və doğru qərarlar verə bilmirik. Müdafiəni daha yaxşı duruma gətirdiyimizi düşünürəm. Avropa çempionatında hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Qeyd edək ki, "Airom Cup" beynəlxalq turnirində "Barsy Atırau"ya məğlub olan (54:72) Azərbaycan millisi "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandalarına qalib gəlib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri