Azərbaycan millisinin baş məşqçisi: “Gəldiyimiz vaxtlarda ölkədə voleybolçu sayı arzuolunan səviyyədə deyildi”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Voleybol Federasiyasının yeniyetmə və gənc voleybolçular arasında keçirdiyi seleksiya prosesində seçilənlər gələcəkdə daha güclü oyunçu olacaqlar”.
İdman.Biz bildirir ki, bunu yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan milli komandalarının rəhbəri Şahin Çatma deyib.
O, “Seçim günü” çərçivəsində Sumqayıtda həyata keçirilən seleksiya işləri ilə bağlı Report-a danışıb:
“İlk dəfə Azərbaycan voleybolunda işə başlayarkən 2023-cü ildə seleksiya işlərinə start vermişdik. İndiki seleksiyadan sonra illər arasındakı fərqi görəcəyik. Lakin müşahidələrimiz göstərir ki, ilk gəldiyimiz vaxtlarda ölkədə voleybolçu sayı arzuolunan səviyyədə deyildi. İndi isə Azərbaycan Voleybol Federasiyası tərəfindən yaradılan 8 klubda kifayət qədər gənc voleybolçuya rast gəlmək mümkündür.
Düzdür, biz indiki durumla da kifayətlənmək niyyətində deyilik. İstəyirik ki, ölkədə voleybolçuların sayı olduqca çox olsun. Lakin 2023-cü illə müqayisədə vəziyyət daha ürəkaçandır. İndiki seleksiya zamanı seçilən gənclərin yayda daha elit səviyyəyə çatacaqlarına, irəlidə daha güclü voleybolçu olacaqlarına inanırıq. Seleksiya işləri bölgələrdə davam edəcək. Yanvarın 24-də Gəncədə, 25-də isə Tovuzda olacağıq. Ayın 30-31-də isə Şəkiyə yollanacağıq və işlərimizi orda davam etdirəcəyik”.
Qeyd edək ki, seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Yanvar 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















