Icma.az
close
up
RU
Azərbaycan millisinin futbolçusu: Yenidən təklif alsam, Traktor a qayıtmaq istərdim MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: Yenidən təklif alsam, Traktor a qayıtmaq istərdim MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2022-ci ildə Təbrizin “Traktor”da çıxış etmiş Azərbaycan millisinin və “Neftçi”nin müdafiəçisi Höccət Haqverdinin Teleqraf-a müsahibəsi

- Sabiq komandanız “Traktor” tarixində ilk dəfə İran çempionu oldu. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- ⁠”Traktor”da oynadığım üçün çox xoşbəxt idim. Çempionluğun bu komandanın azarkeşləri üçün nə qədər əhəmiyyətli olduğunu hiss edə bilirəm. Onlar 55 illik yarixlərində ilk dəfə qızıl medalları təmin etdilər və bu da qazandıqları uğuru daha dəyərli etdi.

- Keçmiş komanda yoldaşlarınızdan kimisə təbrik etməyə fürsətiniz oldumu? Heç düşündünüzmü: “Kaş mən də orada olaydım və bu anı özüm də yaşayaydım?”

- ⁠Xeyr, hələ bu komandadakı dostlarımı təbrik etmək fürsətim olmayıb, amma mütləq bunu edəcəyəm. Qalib “Traktor” komandasında olmaq istərdim. Bu, böyük şərəfdir.

- Gələcəkdə “Traktor”un oyunlarından birinə getmək və ya yaxın zamanda Təbrizə səyahət etmək planınız varmı?

- Vaxtım olsa, Təbrizə səyahət etməyi çox istərdim.

- Təcrübənizə əsasən, İran liqasını Azərbaycan Premyer Liqası ilə necə müqayisə edərdiniz: Hakimlik və rəqabət baxımından əsas fərqlər nələrdir?

- Ümumilikdə düşünürəm ki, İran Pro-liqasında rəqabət daha sərtdir və çempion olmaq çox çətindir. Bütün oyunlar ağır keçir, bütün komandaların çoxlu azarkeşi var. Amma Azərbaycanda bir-iki komanda ilə digərləri arasında fərq daha çoxdur. Buna görə də çempion olmaq daha asandır. Hakimlik isə demək olar ki, eynidir.

- Hazırda “Turan Tovuz”un baş məşqçisi olan türkmənistanlı Kurban Berdıyevlə birgə çalışmısınız. O dönəmləri necə xatırlayırsızınız?

- Bəli, Kurban Berdıyevi oradan tanıyıram. Berdıyev əla baş məşqçi və mükəmməl insandır. Mən onunla işləməkdən zövq alırdım. Ümumiyyətlə, kollektivimiz onun “Traktor”da olmasından məmnun idi. Yaxşı insan və peşəkar mütəxəssisdir. Azərbaycanda da çox yaxşı işlər görür. Onun təcrübəsi və gördüyü işlər, sadəcə alqışalayiqdir.

- Oradan ayrıldığınız zaman demişdiniz: “Ümid edirəm ki, gələcəkdə daha yaxşı şəraitdə və azarkeşlərin dəstəyinə təşəkkür əlaməti olaraq, "Traktor" formasını yenidən geyinərəm". Bu sözlərlə nə demək istəmişdiniz və həmin vaxt ayrılmağınıza nə səbəb olmuşdu?

- ⁠Bəli, “Traktor”da yenidən oynamaq istərdim. Orada yaxşı günlərim olub. Ayrılmağımın səbəbi icarə əsasında oynamağım və yarım mövsümdən sonra “Neftçi”yə qayıtmaq məcburiyyətində qalmağım idi.

- “Traktor” azarkeşləri çılğınlığı, sadiqliyi və güclü dəstəkləri ilə tanınır. Bu atmosfer bir futbolçu kimi sizə necə təsir edirdi?

- ⁠Azarkeşlər möhtəşəmdir. Əksər oyunlarda stadionda 40-50 min azarkeş olur. Hətta səfər oyunlarına belə, minlərlə azarkeş gəlir və bu da oyunçular üçün böyük motivasiyadır. Bu, eyni zamanda rəqib komandaya da mənfi təsir göstərir.

- Orada olduğunuz müddətdə farsların sizə münasibətin ayrı-seçkiliklə qarşılaşmısınızmı: Azərbaycan köklü klubda olmağın üstünlükləri və çətinlikləri nələr idi?

- İranda azərbaycanlılarla farslar arasında heç bir problemin olmadığını deyə bilərəm. Azərbaycanlılar İranın bir çox şəhərində farslarla yanaşı yaşayırlar. Mən Təbrizdə və İranın başqa şəhərlərində yaşadığımdan, bunu tam şəkildə hiss etmişəm. "Traktor" azarkeşləri ilə "Persepolis", "İstiqlal", "Sepahan" və digər məşhur komandaların azarkeşləri arasında ciddi rəqabət olsa da, bu, tamamilə futbolla bağlıdır və başqa heç bir məsələ ilə əlaqəsi yoxdur.

- “Qarabağ” baş məşqçisi Qurban Qurbanov “Traktor”la yoldaşlıq oyunu keçirməyə hazır olduqlarını bildirib. Belə bir oyunun baş tutması nə dərəcədə realdır?

- ⁠Düşünürəm ki, "Neftçi" və ya "Qarabağ"ın "Traktor"la yoldaşlıq oyunu keçirməsi çox gözəl fikir olardı. Təəssüf ki, bu, hələ baş verməyib, amma çox maraqlı ola bilər.

- Bir neçə il əvvəl "Neftçi" də “Traktor”la yoldaşlıq oyunu planlaşdırmışdı, amma bu, baş tutmadı. Belə bir oyunda onlara qarşı çıxmaq istərdinizmi?

- ⁠Əlbəttə, "Traktor"a qarşı başqa komandada deyil, "Neftçi"nin heyətində çıxış etməyi üstün tutaram.

- Yenidən şans yaransa, Təbrizə dönüb, yenidən “Traktor”un formasını geyinməyi düşünürsünüz?

- ⁠Əlbəttə, yenidən təklif alsam, "Traktor"a qayıtmaq istərdim.

- ⁠Milli komandanın üzvü kimi Azərbaycanla hansı bağlılığınız var?

- Mən İranda boya-başa çatmışam. Amma babam azərbaycanlıdır. Onlar əsl bakılıdırlar (gülür - red).

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri