Icma.az
close
up
RU
Futzal millisinin sabiq baş məşqçisi: Yenidən Azərbaycanda işləmək istərdim MÜSAHİBƏ

Futzal millisinin sabiq baş məşqçisi: Yenidən Azərbaycanda işləmək istərdim MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 aprel, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” komandasının keçmiş baş məşqçisi Joze Alesio AZƏRTAC-a müsahibə verib. Braziliyalı mütəxəssis ölkəmizdəki karyerası və yığma komanda barədə danışıb.

- Azərbaycanda keçirdiyiniz günləri necə xatırlayırsınız?

- Azərbaycanla bağlı çoxlu xoş xatirəm var. Həmişə deyirəm ki, Azərbaycan Braziliyadan sonra ikinci vətənim, mənə qucaq açan ölkədir. Məşqçi karyeram elə oradan başladı. Yaxşı dostlar və həyatımın sonuna kimi özümlə aparacağım nailiyyətlər qazandım. İndi də özümü azərbaycanlı kimi hiss edirəm.

- Ölkəmizdə sizin üçün ən yaddaqalan hadisə nə olub?

- Yaddaqalan hadisələr çoxdur. Amma 2009-cu ildə Avropa çempionatında 4-cü olmağımızı xüsusi qeyd edə bilərəm. Şübhəsiz ki, bu nəticə tarixdə öz izini qoydu. Portuqaliya ilə keçirilmiş oyunun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatmışdı. Yalnız penaltilər seriyasında məğlub olduq. Finala çıxmaq şansımız var idi. Bu, Azərbaycan futzal tarixində indiyədək yaşanmayan hadisə idi.

- Maraqlıdır, milli komandadakı uğurunuzun sirri nə idi?

- Birinci ildəki bu uğur layihəyə və işimə inanan, çətin anlarımda mənə dəstək olan, yaxşı iş görmək üçün bizə hər zaman şərait yaradan federasiya rəhbərliyindən və futzalçılardan aldığım böyük dəstəklə bağlıdır. Hər zaman komanda idman növündə oyunçuların əhəmiyyətindən danışıram. Futzaçılar nəticələrə və məşqçinin verdiyi tapşırıqlara məsuliyyətlə yanaşmalıdırlar.

- Uzun müddət Azərbaycanda işləmisiniz. Ölkəmiz yaddaşınızda hansı xoş izləri buraxıb?

- On üç il Azərbaycanda işləmişəm. Bakıda özümü evimdəki kimi hiss edirdim. Ailəmə göstərilən qayğıya görə hər zaman minnətdar olacağam.

- Azərbaycanda olan dostlarınızla əlaqə saxlayırsınız?

- İşlərimiz çox olduğundan tez-tez əlaqə saxlamaq olmur. Amma fürsət tapdıqca, danışdığım insanlar var. Ad çəkmək istəmirəm. Çünki onların hamısının adlarını burada yaza bilməyəcəyəm (gülür).

- Hazırda Qazaxıstanda “Ordabası” klubunun baş məşqçisi kimi fəaliyyətinizi davam etdirirsiniz. Qazaxıstan ilə Azərbaycan futzaını necə müqayisə edərdiniz?

- Qazaxıstan futzalı hazırda öndədir. Onların çox rəqabətli çempionatı var. Milli və klub səviyyəsində aşağı yaş qruplarından ibarət komandalar var və buna görə də son vaxtlar gözəl nəticələr əldə edirlər.

- Yenidən Azərbaycana qayıtmaq istərdiniz?

- Nə vaxtsa federasiyadan dəvət olsa, geri qayıtmaq istərdim. Çünki bu, mənim hər zaman məqsədim olub. Arzum Azərbaycan futzalını həmişə ən yüksək yerlərdə görməkdir.

- Hazırda Azərbaycan millisində legionerlər çıxış etmirlər. Millinin nəticələri əvvəlki illərlə müqayisədə elə də yaxşı deyil. Bəziləri bunu heyətdə braziliyalı oyunçuların olmaması ilə əlaqələndirir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Millinin oyunlarını izləyirəm. Bəli, bilirəm ki, artıq braziliyalılar yoxdur. Bu hadisənin nə vaxtsa olacağı gözlənilirdi. Mənə görə, nəticələrin belə olması liqanın zəifləməsi ilə bağlıdır. Klublarda gənc oyunçular çox azdır. Amma inanıram ki, federasiya rəhbərliyinin öz planı var və Azərbaycan futzalını yenidən yüksək yerlərə qaytaracaq.

- Sabiq komandanız “Araz-Naxçıvan” barədə nə deyə bilərsiniz?

- “Araz Naxçıvan” Azərbaycan futzalında böyük tarixə malik ən titullu klubdur. Avropada böyük nailiyyətlər əldə edib. Unutmaq olmaz ki, komanda iki dəfə Çempionlar Liqasında üçüncü yeri tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri