Icma.az
close
up
RU
Azərbaycan millisinin futbolçusu: “Zirə” birdən birə çempion ola bilməz MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: “Zirə” birdən birə çempion ola bilməz MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan millisinin və “Zirə”nin futbolçusu Ceyhun Nuriyev AZƏRTAC-a müsahibə verib. O, komandasının çıxışı, çempionatdakı hədəfləri, legioner limitinin mümkün ləğvi və yığmanın dünya çempionatının seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Həmin müsahibəni təqdim edirik.

- Qış fəsiləsindən sonra Misli Premyer Liqasının ikinci dövrəsində iki oyun keçirmisiniz. Həmin matçlardakı çıxışınızı necə qiymətləndirirsiniz?

- Fasilədən sonra həm “Araz-Naxçıvan”, həm də “Şamaxı”ya qarşı oyunlarda komanda olaraq xarakter göstərdik və layiqli qələbələr qazandıq. Bizim üçün hər matçdan 3 xalla ayrılmaq vacibdir.

- "Zirə" qış təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmadı. Bu amil komandanın mövsümün qalan hissəsindəki çıxışına necə təsir edə bilər?

- Mövsümün ikinci yarısına hazırlıq prosesini Azərbaycanda keçirməyimizin elə böyük fərqi yoxdur. Çünki eyni məşqləri edirdik və iki yaxşı yoldaşlıq oyunu keçirdik. Bunun komandaya mənfi təsir edəcəyini düşünmürəm.

- Ötən mövsümlə müqayisədə sanki “Zirə”nin builki performansında eniş var. Bunu necə izah edərdiniz?

- Komandanın oyununda eniş olduğunu düşünmürəm. Avrokuboklarda uğurlu çıxışdan sonra bir neçə oyunda eniş oldu və bu normaldır. Çünki hər komanda bu cür vəziyyətlə rastlaşır.

- Çempionluq şanslarınızın davam etdiyini düşünürsünüz, yoxsa yalnız medalçılar sırasında olmaq istəyirsiniz?

- Maksimum yuxarı sıralarda qərarlaşmaq istəyirik. Hazırkı vəziyyətdə liderdən bir az uzaqlaşmışıq. Ancaq sonadək mübarizə aparacağıq.

- Son illər Azərbaycan çempionatında "Qarabağ" hegemonluq edir. Sizcə, iddialı komandalar Ağdam klubunu çempionluq taxtından salmaq üçün nələr etməlidir?

- “Qarabağ” bu yerə birdən-birə çatmayıb. Zamanla uğurlu nəticələr qazanmağa başladılar. Biz də həmçinin. Birdən-birə çempion olmaq şansımız çox azdır. Bir neçə mövsüm düzgün işlər görüb, daha sonra çempionluğa oyanamaq olar.

- Komandanız bu mövsüm Misli Premyer Liqasında 31 qol vurub və bu göstəricidə yalnız "Qarabağ"dan geri qalır. “Zirə” buraxılan qolların sayında isə üçüncü yerdədir. Komandanın aparıcı üzvü olaraq, hücum və müdafiə xəttindəki çıxışınızı necə müqayisə edərdiniz?

- ⁠ Az qol buraxmağımız bütün komandanın yaxşı müdafiə olunmasının göstəricisidir. Müdafiəmiz hücum xəttindən başlayır. Orada problem olsa belə, çox etibarlı müdafiə xəttimiz və qapıçımız var. Hücumda yer alan futbolçularımız da keyfiyyətlidir.

- “Zirə” ölkə çempionatının XXI turunda doğma meydanda "Qarabağ"la qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- “Qarabağ”a qarşı çəkinmədən öz oyunumuzu oynayıb, qələbə qazanmağa çalışacağıq.

- Maraqlıdır, başqa klublardan təklifləriniz varmı? Ümumiyyətlə, hansısa təklif alsanız, cavabınız necə olar?

-⁠ Hazırda hansısa təklif yoxdur. Olsa, düşünüb qərar verəcəyəm. Avropanın yaxşı liqasından təklif gəlsə, müsbət yanaşaram.

- Son vaxtlar Azərbaycan çempionatında legioner limitinin ləğv olunması məsələsi müzakirə olunur. Sizcə, limitin ləğvi ölkə futboluna nə kimi təsir gösətərə bilər?

- Futbolçu kimi yox, azarkeş kimi danışmalı olsam, düşünürəm ki, limitin ləğvi milli komandanın ziyanına olacaq. Yerli futbolçuların az qismi daimi olaraq meydana çıxacaq və yığmada oyun praktikasından əziyyət çəkəcək. Məncə, hər bir futbolçu əsas heyətə düşmək üçün vuruşmalıdır.

- Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Fransa - Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna yığmaları ilə eyni qrupda yer alıb. Rəqibləri dəyərləndirərkən hansı yığmadan xal ala biləcəyimizi düşünürsünüz?

⁠- Ən pis halda Ukrayna və İslandiyadan xal almaq və bu rəqiblərlə matçlarda qələbə qazanmaq olar. Özümüzə inanmalı və meydanda bütün gücümüzü ortaya qoymalıyıq. O halda uğurlu nəticələr gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri