Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubuna keçdi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə karyerasını Türkiyədə davam etdirəcək.
XQ xəbər verir ki, təcrübəli müdafiəçi Türkiyənin "Volves" klubu ilə müqavilə imzalayıb. Bu barədə komandanın baş məşçisi Yağız Sabuncuoğlu məlumat yayıb.
32 yaşlı futbolçu artıq yeni klubu ilə məşqlərə qoşulub. Müqavilənin detalları və müddəti barədə hələlik açıqlama verilməyib.
Xatırladaq ki, Təmkin Xəlilzadə müxtəlif illərdə AZAL, "Qarabağ", "Zirə", "Qəbələ" və "Sabah" klubların formasını geyinib. O, Azərbaycan millisində 25 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Son illərdə daha çox minifutbolda çıxış edən müdafiəçi 2025-ci ildə ilin Azərbaycanın ən yaxşı minifutbolçusu seçilib.
Qeyd edək ki, "Volves" komandası həvəskar futbol və futzal liqalarında yarışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 24 Aprel 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















