Azərbaycan millisinin yarımmüdafiəçisi Premyer Liqa klubunda altı aylıq icarəyə verildi
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Azərbaycan millisinin üzvü Emil Mustafayev Ukraynanı tərk etməyib.
Sportal.az saytına verilən məlumata görə, Emilə Azərbaycan Premyer Liqasında yarışan bir neçə klubdan təklif gəlsə də, o, Ukraynada qalmağa üstünlük verib.
Mustafayev "Çernomorets"lə anlaşıb. Emil mövsümün sonuna qədər Odessa təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək.
Əslində, Mustafayev ötən həftə "Çernomorets"ə keçəcəyi haqda xəbərləri təkzib etmişdi. Amma o, Sportal.az saytının əməkdaşı ilə söhbətində bildirib ki, həmin vaxtı klubunun "Çernomorets"lə danışıq aparmasından xəbərsiz imiş.
Qeyd edək ki, Emil Mustafayev 2023-cü il iyulun 1-də "Aleksandriya"dan "Polessye"yə keçib. Onun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















