Icma.az
close
up
RU
Azərbaycan Miqren Mütəxəssislərinin I illik Beynəlxalq Konfransı baş tutdu FOTO

Azərbaycan Miqren Mütəxəssislərinin I illik Beynəlxalq Konfransı baş tutdu FOTO

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


"Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci illik Beynəlxalq Konfransı” keçirilib.

Medicina.az xəbər verir ki, Səhiyyə naziri Teymur Musayev baş ağrılarının idarə olunmasının tarixi tibbin inkişaf yolunu tam əks etdirdiyini diqqətə çatdırıb:

"Min illər əvvəl baş ağrısı tibbi hal kimi deyil, mistik bir hadisə kimi hesab edilirdisə, bu gün klinik nevroloji problem kimi deyil, əhəmiyyətli ictimai səhiyyə məsələsi kimi qiymətləndirilməlidir. Onun geniş yayılması, yüksək əlillik yükü, sosial iqtisadi təsirləri miqrenin müasir səhiyyə siyasətinin diqqət mərkəzinə gətirir. Miqrenin ictimai səhiyyə problemi kimi qəbul edilməsi bir neçə strateji yanaşmanı zəruri edir. İlk növbədə, miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır".

Səhiyyə Nazirliyində bir sıra qabaqcıl mütəxəssislərlə görüş keçirildiyini qeyd edən nazir bildirib:

"Tam əminliklə deyə bilərik ki, artıq miqrenin respublikamızda idarə olunmasına dair yol xəritəsinin hazırlanması barədə ilkin müzakirələr aparılıb. Belə ki, ilkin mərhələdə ən mütləq amil kimi ölkəmizdə dünya praktikasına əsaslanan, ən müasir müalicə və diaqnostika metodlarını özündə əks etdirən milli protokolun qəbul edilməsi əsas götürülüb. Bundan sonra ölkəmizdə müasir müalicə üsullarının əlçatanlığını təmin etmək məqsədilə ən qabaqcıl dərman vasitələri və digər üsulların ölkəmizdə sürətli şəkildə qeydiyyatdan keçirilməsi və əhalinin bu müalicələrə əlçatanlığını təmin etmək mövzusu müzakirə olundu. Növbəti mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfinə xroniki miqrenin idarə olunmasının da daxil edilməsi məsələsi gündəmə gəlir. İnanıram ki, növbəti bir il - il yarım ərzində bu istiqamətdə ciddi irəliləyişlərə nail olacağıq. Eyni zamanda, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. İlkin səhiyyə xidmətində çalışan tibb işçiləri miqrenin erkən əlamətlərini tanımalı, düzgün yönləndirmə və ilkin müalicə aparmaq imkanına malik olmalıdır. Həmin yanaşma ixtisaslaşmış xidmətlərə düşən yükü də xeyli azaldır”.

Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxışında, “Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci illik Beynəlxalq Konfransı”nın miqrenin yalnız klinik nevroloji problem deyil, eyni zamanda ciddi ictimai səhiyyə çağırışı kimi qəbul olunmasının bariz nümunəsi olduğunu qeyd edib:

“Bu gün artıq aydındır ki, miqren və digər baş ağrıları insanların həyat keyfiyyətinə, əmək qabiliyyətinə və sosial rifahına birbaşa təsir göstərir. Xəstəliyin geniş yayılması və yaratdığı əlillik yükü onu təkcə tibbi deyil, sosial-iqtisadi problem kimi də dəyərləndirməyi zəruri edir. Bu baxımdan, möhtərəm cənab nazirin qeyd etdiyi kimi, miqrenin milli səhiyyə prioritetləri sırasında yer alması son dərəcə vacib və strateji addımdır.

ATU olaraq biz miqrenin erkən diaqnostikası, müasir müalicə üsullarının tətbiqi və bu sahədə elmi tədqiqatların genişləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırıq. Gələcək həkimlərin və mütəxəssislərin hazırlanmasında müasir klinik protokollara əsaslanan tədrisin təşkili, eləcə də praktik bacarıqların formalaşdırılması əsas hədəflərimizdəndir”.

Tədbirin davamında Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü professor Məsud Aşina,Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov həmin patologiyanın təkcə tibbi deyil, sosial-iqtisadi cəhətdən ciddi problem olduğunu, insanların həyat keyfiyyətinə və gündəlik fəaliyyətinə təsir göstərdiyini qeyd ediblər. Bildirilib ki, konfransda aparılan müzakirələr, müxtəlif yanaşmalar, bilik və təcrübə mübadilələri xəstəliyin daha effektiv idarə olunması və müalicə edilməsi baxımından olduqca əhəmiyyətlidir. Konfransın əməkdaşlığın güclənməsinə və mühüm elmi ideyaların paylaşılmasına imkan yaratdığını qeyd edən çıxışçılar tədbirin gənc həkim, mütəxəssis, rezident və tələbələr üçün çox məhsuldar və faydalı olacağına əminliklərini ifadə ediblər.

"Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin (AMMİB) sədri, professor Sədaqət Hüseynova çıxışında, qadınlarda miqrendən danışaraq,bunun hormonal dəyişikliklərlə bağlı olduğunu mensturasiya, hamiləlik və menopauzanın xəstəliyin gedişinə əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Xəstəliyin isə adətən, yeniyetmə dövründə başladığını qeyd edib.














Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 22 Dekabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see295

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see257

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see232

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see181

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see174

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see155

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see149

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see149

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see148

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see143

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see140

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see139

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see139

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see137

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri