Icma.az
close
up
RU
Gəncədə Azərbaycan Gürcüstan I Beynəlxalq konfransı keçirilib

Gəncədə Azərbaycan Gürcüstan I Beynəlxalq konfransı keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Gəncə, 25 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda Azərbaycan–Gürcüstan I Beynəlxalq Konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərində ilk dəfə təşkil olunan bu elmi tədbirdə iki qonşu və dost ölkənin alim və tədqiqatçıları, AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnistitunun direktoru, professor İrma Ratiani, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze iştirak ediblər.

Əvvəlcə Nizami Gəncəvinin və Şota Rustavelinin əsərlərinə həsr olunan sərgi nümayiş etdirilib. Qonaqlara sərginin eksponatları barədə məlumat verilib.

Beynəlxalq konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Çıxış edən akademik Fuad Əliyev iki qonşu ölkənin xalqlarının dostluq və qarşılıqlı etibarının əsrlərin sınağından çıxdığını vurğulayıb. Bildirib ki, Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixeil Kavelaşvilinin 2025-ci ilin aprelində Bakıda keçirilən görüşü və əldə olunan razılaşmalar alimləri də iki xalqın milli-mənəvi dəyərlərinin köklərini daha əsaslı tədqiq etməyə sövq edir və bu baxımdan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı iki xalqın müştərək mədəniyyətə, ədəbiyyata, əxlaqi dəyərlərə malik olduğunun göstəricisidir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Prezident İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən söz açıb, qonşu və dost Gürcüstan ilə həmrəyliyə söykənən istər iqtisadi, istərsə də mədəni-mənəvi sahədə əməkdaşlığın yüksək səviyyəyə çatdığını qeyd edib və bugünkü mötəbər elmi görüşün də bu cür əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləyib.

Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze çıxışında xalqlarımızın dostluq, qardaşlıq əlaqələrindən söz açıb.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitunun direktoru, professor İrma Ratiani çıxış edərək, Qafqaz coğrafiyasında ədəbiyyatın yüksəlişinin Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı ilə sıx bağlı olduğunu bildirib.

Konfransda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov və Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, aparıcı rəssam-dizayner Minayə Dəyanət-Feyzullayeva ədəbiyyat və sənət məsələləri haqda mülahizələrini söyləyiblər.

Çıxışlar ətrafında müzakirələr, eləcə də iki qonşu və dost ölkənin alimlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri haqda fikir mübadiləsi aparılıb.

Konfrans iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, onun ata və anasının qəbirlərini, Nizami Gəncəvi Muzeyini, həmçinin görkəmli gürcü şairi Nikoloz Barataşvilinin Gəncə şəhərində yaşamış olduğu məkandakı barelyefini ziyarət ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri