“Azərbaycan Muğamı” layihəsi çərçivəsində Rast dəstgahı” təqdim olunub FOTOlar
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan Muğamı" layihəsi çərçivəsində "Rast dəstgahı" təqdim olunub. Konsertdə IX Muğam Televiziya Müsabiqəsinin qalibləri Aytac Bəybalayeva və Kənan Novruzov çıxış ediblər.
Onları tarda Kamal Nuriye , kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Solmaz Rəhimova, balabanda Rafael Əsgərov və nağarada Amil Mustafayev müşayiət edib.
Konsert tamaşaçılara kompozisiya formatında təqdim olunub. Tədbirdə Füzuli, Nizami və digər Azərbaycan poeziyasının klassik nümayəndələrinin qəzəl və şeir nümunələri qiraətçilər tərəfindən səsləndirilib. Şeir nümunələrini Azərbaycan Milli Konservatoriyasının tələbələri Fərid Qurbanzadə və Fatimə Əlizadə təqdim ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 24 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















