“Azərbaycan muğamı” layihəsi çərçivəsində “Muğam dəstgahları”nın növbəti konserti keçirilib FOTO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində "Muğam dəstgahları"nın növbəti konserti keçirilib.
Konsertdə BMM-nin solisti Nisbət Sədrayeva, VIII Muğam Televiziya Müsabiqəsinin laueratı Vüsal Qasımov və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Məftun Səfərli "Çahargah" dəstgahını təqdim ediblər.
Xanəndələrin çıxışları böyük alqış və maraqla qarşılanıb.
Beynəlxalq Muğam Mərkəzinin muğamlarımıza böyük diqqətlə yanaşan tamaşaçıları qarşısında məsuliyyətlə çıxış edən xanəndələr dəstgahın şöbələrini böyük şövqlə tamaşaçılara çatdıra biliblər. İfaçıları tarda - Rəşad İbrahimov, kamançada - Təbriz Yusubov, qanunda - Çinarə Mütəllibova, balabanda - Rafael Əsgərov, nağarada - Emin Cəbrayılov müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















