Icma.az
close
up
RU
Azərbaycan mühüm qərarlar verməlidir Dünya Bankı

Azərbaycan mühüm qərarlar verməlidir Dünya Bankı

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan qarşısına iddialı iqlim məqsədləri qoyub, lakin onlara nail olmaq üçün qarşıdakı illərdə mühüm siyasi qərarlar tələb olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Dünya Bankından verilən məlumatda bildirilib.

Qeyd olunur ki, ölkə iqtisadiyyatı qalıq yanacaqlardan asılı olaraq qalmaqda davam edir və bu, böyük həcmdə istixana qazları emissiyaları ilə nəticələnir. Bu emissiyaların təxminən 30 %-i səmt qazının məşəldə yandırılması kimi qeyri-məhsuldar metan emissiyalarıdır.

Azərbaycan özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) çərçivəsində 2030-cu ilə qədər səmt qazı emissiyalarını 1990-cı ilin səviyyəsi ilə müqayisədə 35 % azaltmaq niyyətindədir. Buna nail olmaq üçün ölkə təkcə metan emissiyalarını azaltmağı deyil, həm də 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 20 %-dən 30 %-ə çatdırmağı planlaşdırır.

Azərbaycan həmçinin Rumıniya, Gürcüstan və Macarıstanla Avropaya elektrik enerjisinin ixracına imkan verəcək "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinə qoşulub.

Ölkənin İqlim və İnkişaf Hesabatına (CCDR) əsasən, enerji səmərəliliyinin artırılması, xüsusilə də nəqliyyat və mənzil sahələrində, planlaşdırılan emissiyaların azaldılmasının ən azı yarısını təmin edə bilər.

Enerji sektoru iqtisadiyyat üçün əsas olaraq qalır və Dünya Bankı hesab edir ki, Azərbaycan tarif siyasəti, elektrik enerjisinin ötürülməsi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi sahələrində effektiv həllərin həyata keçirilməsini sürətləndirməlidir.

“Azərbaycanda əsas enerji istehlakçıları yaşayış sektoru və nəqliyyatdır, elektrik enerjisinə tələbat isə hər il 2,9 % artır. Azərbaycan energetika sektorunun rəqabət qabiliyyətini artırmaq üçün Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin kiçik bir hissəsini IPO-da (ilkin kütləvi təklif) yerləşdirməyi və növbəti illərdə elektrik enerjisinin istehsalı, bölüşdürülməsi və ötürülməsini struktur olaraq ayırmağı planlaşdırır”, - bankdan qeyd edilib.

Bərpa olunan enerji sektorunda ölkədə Bərpa Olunan Enerji Mənbələri Agentliyi yaradılıb, sənayeni stimullaşdırmaq üçün qanunlar qəbul edilib, iki böyük külək və günəş elektrik stansiyası ilə enerji alqı-satqısı müqavilələri bağlanılıb. Bununla belə, CCDR hesabatında vurğulandığı kimi, Azərbaycan 30 %-lik hədəf göstəricisinə nail olmaq üçün enerji keçidini sürətləndirməlidir. Buraya qalıq yanacaq subsidiyalarının azaldılması, bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi, karbohidrogen istehsalı və nəqli zamanı emissiyaların azaldılması, eləcə də "yaşıl enerji"nin inteqrasiyası üçün elektrik şəbəkələrinin təkmilləşdirilməsi daxildir.

Dünya Bankından onu da qeyd ediblər ki, neft subsidiyalarının ləğvi bərpa olunan enerjinin inkişafını stimullaşdırmaq üçün mühüm addım olacaq. Qısa müddətdə ölkə daxili ehtiyaclar üçün bərpa olunan enerjidən istifadə edə, orta perspektivdə isə Qara dənizdə sualtı kabel vasitəsilə elektrik enerjisini ixrac edə bilər.

“Bu layihə, elektrik şəbəkələrinin modernləşdirilməsi və bərpa olunan enerjinin rəqabət qabiliyyətinin təmin edilməsi şərti ilə, Rumıniya, Macarıstan və Gürcüstanla "yaşıl enerji dəhlizi"nin yaradılmasında ilk addım ola bilər”, - bankdan verilən məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Mart 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri