Icma.az
close
up
RU
Dünya Bankı: Azərbaycan iqlim məqsədlərinə nail olmaq üçün mühüm qərarlar verməlidir

Dünya Bankı: Azərbaycan iqlim məqsədlərinə nail olmaq üçün mühüm qərarlar verməlidir

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan qarşısına iddialı iqlim məqsədləri qoyub, lakin onlara nail olmaq üçün qarşıdakı illərdə mühüm siyasi qərarlar tələb olunacaq.

Dünya Bankından “Report”a verilən məlumata görə, ölkə iqtisadiyyatı qalıq yanacaqlardan asılı olaraq qalmaqda davam edir və bu, böyük həcmdə istixana qazları emissiyaları ilə nəticələnir. Bu emissiyaların təxminən 30 %-i səmt qazının məşəldə yandırılması kimi qeyri-məhsuldar metan emissiyalarıdır.

Azərbaycan özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) çərçivəsində 2030-cu ilə qədər səmt qazı emissiyalarını 1990-cı ilin səviyyəsi ilə müqayisədə 35 % azaltmaq niyyətindədir. Buna nail olmaq üçün ölkə təkcə metan emissiyalarını azaltmağı deyil, həm də 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 20 %-dən 30 %-ə çatdırmağı planlaşdırır.

Azərbaycan həmçinin Rumıniya, Gürcüstan və Macarıstanla Avropaya elektrik enerjisinin ixracına imkan verəcək "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinə qoşulub.

Ölkənin İqlim və İnkişaf Hesabatına (CCDR) əsasən, enerji səmərəliliyinin artırılması, xüsusilə də nəqliyyat və mənzil sahələrində, planlaşdırılan emissiyaların azaldılmasının ən azı yarısını təmin edə bilər.

Enerji sektoru iqtisadiyyat üçün əsas olaraq qalır və Dünya Bankı hesab edir ki, Azərbaycan tarif siyasəti, elektrik enerjisinin ötürülməsi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi sahələrində effektiv həllərin həyata keçirilməsini sürətləndirməlidir.

“Azərbaycanda əsas enerji istehlakçıları yaşayış sektoru və nəqliyyatdır, elektrik enerjisinə tələbat isə hər il 2,9 % artır. Azərbaycan energetika sektorunun rəqabət qabiliyyətini artırmaq üçün Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin kiçik bir hissəsini IPO-da (ilkin kütləvi təklif) yerləşdirməyi və növbəti illərdə elektrik enerjisinin istehsalı, bölüşdürülməsi və ötürülməsini struktur olaraq ayırmağı planlaşdırır”, - bankdan qeyd edilib.

Bərpa olunan enerji sektorunda ölkədə Bərpa Olunan Enerji Mənbələri Agentliyi yaradılıb, sənayeni stimullaşdırmaq üçün qanunlar qəbul edilib, iki böyük külək və günəş elektrik stansiyası ilə enerji alqı-satqısı müqavilələri bağlanılıb. Bununla belə, CCDR hesabatında vurğulandığı kimi, Azərbaycan 30 %-lik hədəf göstəricisinə nail olmaq üçün enerji keçidini sürətləndirməlidir. Buraya qalıq yanacaq subsidiyalarının azaldılması, bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi, karbohidrogen istehsalı və nəqli zamanı emissiyaların azaldılması, eləcə də "yaşıl enerji"nin inteqrasiyası üçün elektrik şəbəkələrinin təkmilləşdirilməsi daxildir.

Dünya Bankından onu da qeyd ediblər ki, neft subsidiyalarının ləğvi bərpa olunan enerjinin inkişafını stimullaşdırmaq üçün mühüm addım olacaq. Qısa müddətdə ölkə daxili ehtiyaclar üçün bərpa olunan enerjidən istifadə edə, orta perspektivdə isə Qara dənizdə sualtı kabel vasitəsilə elektrik enerjisini ixrac edə bilər.

“Bu layihə, elektrik şəbəkələrinin modernləşdirilməsi və bərpa olunan enerjinin rəqabət qabiliyyətinin təmin edilməsi şərti ilə, Rumıniya, Macarıstan və Gürcüstanla "yaşıl enerji dəhlizi"nin yaradılmasında ilk addım ola bilər”, - bankdan bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Mart 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri