Azərbaycan nümayəndə heyəti Keniyada 7 ci İnnovasiya Həftəsində iştirak edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyətinin Keniyanın Mombasa şəhərində keçirilən 7-ci İnnovasiya Həftəsində iştirakı iki ölkə arasında gənclər, təhsil və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə verilən önəmi əks etdirir.
AZƏRTAC xəbər verir ki, Keniyada təhsil və gənclərin inkişafı layihələrinə dəstək verən Almaniya, Fransa və Niderlandın bu ölkədəki səfirlərinin də dəvət olunduğu İnnovasiya Həftəsinin açılış mərasimində çıxış edən Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu məqamı xüsusi vurğulayıb.
Səfir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı ciddi çətinliklərə baxmayaraq, əldə etdiyi mühüm nailiyyətlərdən, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. O, Keniya ilə Azərbaycan arasında dinamik inkişaf edən əlaqələrdə təhsil və mədəniyyət təşəbbüsləri vasitəsilə əldə olunan irəliləyişləri yüksək qiymətləndirib. Sultan Hacıyev tədbirdən bir gün əvvəl Mombasadakı “Fort Jesus” Dünya İrsi Kompleksində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə yenilənmiş Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk sayının təqdimatı ilə əlaqədar keçirilən tədbir və görüşlər barədə də danışıb. Səfir “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində hər il keniyalı, o cümlədən mombasalı tələbələrin Azərbaycanda tam təqaüdlə ali təhsil almaq imkanı əldə etdiklərini diqqətə çatdırıb. O, həmçinin bu aydan etibarən Azərbaycan DillərUniversitetində suahili dilinin keniyalı müəllim tərəfindən tədris olunmağa başladığını bildirib.
Tədbirdə “İRS” beynəlxalq jurnalının baş redaktoru, Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı da iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















