Icma.az
close
up
RU
Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Keniyadakı Səfirliyindən bildirilib ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Keniyanın paytaxtı Nayrobi şəhərində Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

APA xəbər verir ki, mərkəz gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də uğurlu karyera qurmaları üçün səyləri dəstəkləmək məqsədini daşıyır.

“Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyi və Keniya Xüsusi Təlim-Tədris İnstitutunun təşkilatçılığı ilə noyabrın 1-də baş tutmuş mərkəzin açılış mərasimində layihənin təşəbbüskarı, “Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin təsisçi himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto, AİDA-nın direktoru Elməddin Mehdiyev, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, habelə ictimai xadimlər və gənclər iştirak edib.

Ş. Ruto bir neçə dəfə səfərdə olduğu Azərbaycanın inkişafı, milli-mənəvi dəyərləri, inkişaf etməkdə olan ölkələrə dəstəyi barədə söz açıb. Ölkəmizin qazandığı nailiyyətlərin hər bir xalq və dövlət üçün ilham mənbəyi olduğunu dilə gətirib. Gənclərin Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına Azərbaycan Hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, bu tərz layihələrin, eləcə də “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təqaüdlərin xalqlarımız arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.

E. Mehdiyev Azərbaycanın bu layihəyə dəstəyinin, habelə təhsil təqaüdləri və Keniyada həyata keçirilmiş digər humanitar və inkişafa yardım məqsədli layihələrin Azərbaycan və Keniya arasında inkişaf edən münasibətlərin tərkib hissəsi olduğunu bildirib.

Səfir S. Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Keniya Respublikasının Prezidenti cənab Uilyam Samoei Ruto arasında cari ilin sentyabrın 23-də BMT Baş Assembleyası çərçivəsində keçirilən görüşün siyasi əhəmiyyətini vurğulayıb. O, AİDA xətti ilə reallaşan layihələrlə yanaşı Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Nayrobi tam orta məktəbinə və ölkənin bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə texniki təchizat yardımı göstərildiyini qeyd edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib, müxtəlif istiqamətlər üzrə, o cümlədən humanitar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri