Icma.az
close
up
RU
Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Keniyada rəsmi səfərdədir FOTOLAR KONKRET

Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Keniyada rəsmi səfərdədir FOTOLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobidə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assamblesyasının İkinci Sessiyasının davamında iştirak edir.

KONKRET.az xəbər verir ki, 29-30 may tarixlərində keçirilən Sessiyada “UN-Habitat”ın 2026-2029-cu illər üzrə Strateji Planı ilə yanaşı, rəqəmsal texnologiyaların sosial rifah naminə tətbiqini təşviq edən “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimatın qəbul olunması nəzərdə tutulur. Tədbir zamanı həmçinin mənzil təminatı məsələsinə həsr olunmuş “Hər kəs üçün layiqli mənzil” (“Adequate Housing for All”) mövzusunda yüksək səviyyəli dialoqun və “UN-Habitat” Assambleyasının İcraiyyə Şurasına seçkilərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində Komitə sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev bir sıra rəsmi görüşlərdə iştirak edir. 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ilə bağlı hazırlıq məsələləri, Forumda iştirak və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə UN-Habitat-ın icraçı direktoru, eləcə də bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilir.

Həmçinin tədbirdə Azərbaycan stendi də yer alır. Stenddə WUF13 çərçivəsində gələcəyin şəhərlərinə dair nəzərdə tutulan planlar və müasir şəhərsalma prinsipləri ziyarətçilərə çatdırılır.

Qeyd edək ki, dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ali qərarverici orqan olan UN-Habitat Assambleyası BMT-yə üzv dövlətləri və əsas tərəfdaşları bir araya gətirərək şəhərsalma problemlərinin müzakirəsini, habelə bu sahədə qlobal siyasətin formalaşdırılmasını və 11-ci Dayanıqlı İnkişaf Məqsədi – şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etmək istiqamətində təşəbbüslərin həyata keçirilməsini təmin edir. Assambleyanın İkinci Sessiyasının ilk hissəsi 2023-cü ilin iyun ayında keçirilmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri