Azərbaycan nümayəndə heyəti Moskvaya niyə getmədi? “Bu, müvəqqəti epizoddur”
Icma.az bildirir, Yenisabah portalına istinadən.
MDB-nin baş katibi Sergey Lebedev iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında Azərbaycan nümayəndələrinin iştirak etməməsinin müvəqqəti epizod olduğuna və tezliklə vəziyyətin normallaşacağına ümid etdiyini bildirib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, o, rəsmi Bakıdan heç bir mənfi rəy almadığını dilə gətirib:
“Düzünü desəm, bu gün Azərbaycan nümayəndə heyəti gəlmədi, amma gəlməməsinin səbəblərini bilmirik. Onlar bizə məlumat vermədilər, amma çox ümid edirəm ki, vəziyyət normallaşacaq və Azərbaycan inteqrasiya əməkdaşlığının fəal iştirakçısı olacaq və qalacaq. Ən az, Azərbaycanın prezidenti və baş naziri bizi buna inandırıb. Ümid edirik ki, bu, müvəqqəti epizoddur və tezliklə vəziyyət normallaşacaq”. Marqarita pizza
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan nümayəndə heyətinin Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsi ilə bağlı məlumat yayılıb. Azərbaycan nümayəndələri iclas iştirakçıları siyahısına daxil edilməyib.
Baxış sayı:43
Bu xəbər 18 İyul 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















