Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Stokholm Konvensiyasına Tərəflərin 12 ci və Bazel Konvensiyasına Tərəflərin 17 ci konfransında iştirak edib

Azərbaycan nümayəndə heyəti Stokholm Konvensiyasına Tərəflərin 12 ci və Bazel Konvensiyasına Tərəflərin 17 ci konfransında iştirak edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 may, AZƏRTAC

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasına Tərəflərin 17-ci, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransı işə başlayıb. Azərbaycan Respublikasını beynəlxalq tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri təmsil ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda konvensiyaların üzv dövlətlərdə icrası ilə bağlı hüquqi, inzibati və idarəetmə məsələləri, milli qanunvericiliyin konvensiyaya uyğunluğu, təhlükəli tullantıların, davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin siyahılarının dəqiqləşdirilməsi, məlumat mübadiləsinin aparılması üzrə mexanizmlərin tətbiqi, konvensiyalar üzrə ayrı-ayrı dövlətlərə texniki dəstəyin göstərilməsi kimi məsələlər müzakirə olunub. Konfransa Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin əməkdaşları da qatılıblar.

Konfransda “Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransında beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş kimyəvi maddələrin və pestisidlərin kənd təsərrüfatında tətbiqinin insan və heyvan sağlamlığında ciddi problemlərin yaranmasına, ətraf mühitin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına, məhsullarda qadağan olunmuş zəhərli kimyəvi maddələrin qalıq miqdarının yaranmasına və bunun da öz növbəsində ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin azalmasına və digər fəsadlara yol açması ilə bağlı məsələlər üzrə çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.

"Yüksək riskli, unudulmuş bazarlarda inkişaf üçün kapitalin açilmasi: Ən həssas təbəqələr üçün şəxsi maliyyələşmənin açilmasinda Birləşmiş Millətlər Təşkilatının kapitalın inkişafı fondunun (UNCDF) unikal rolu" mövzusunda UNCDF tərəfindən keçirilmiş Yüksək Səviyyəli Məsləhətləşmələr tədbirində müxtəlif ölkələrin ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin bütün dünyada insan və heyvan sağlamlığına, eləcə də ətraf mühitə göstərdiyi mənfi təsirinin aradan qaldırılması ilə bağlı ölkəmizin təcrübəsinin az inkişaf etmiş ölkələrlə, xüsusilə Afrika və Asiya ölkələri ilə paylaşılmasına Azərbaycan tərəfinin hazır olduğunu və UNCDF tərəfindən ehtiyacı olan ölkələrə bu istiqamətdə maliyyə və digər əlaqədar dəstəyin göstərməsi ilə üçtərəfli əməkdaşlığın mümkünlüyünü vurğulayıb. Azad Cəfərli az inkişaf etmiş ölkələrin ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında iştirak etdiklərini xatırladıb, gələcəkdə də Azərbaycanın kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlu təcrübələrin ehtiyacı olan ölkələrlə paylaşmağa hazır olduğunu diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri