Icma.az
close
up
RU
Ottava Konvensiyasına qoşulmasa da...

Ottava Konvensiyasına qoşulmasa da...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanı necə cəzalandırmaq olar?

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxmağı planlaşdırır. Qeyd edək ki, Litva, Latviya və Estoniya Ottava Konvensiyası - Mina Qadağası Müqaviləsindən çıxmaq üçün Birləşmiş Millətlər Təşkilatına bildiriş göndəriblər. Polşa və Finlandiya isə yaxın günlərdə BMT-yə müvafiq sənədləri təqdim edəcəklər. Bu qərar Rusiya və Ukraynanın piyada əleyhinə minalarından istifadəni artırdığı bir dövrə təsadüf edir. Rusiya, ümumiyyətlə, bu konvensiyaya qoşulmayıb və 2022-ci ildən etibarən Ukraynada  cəbhə xətti boyunca bir çox əraziləri minalayıb. Ukrayna ordusu da rus silahlı qüvvələrinin ölkənin daxili ərazilərinə hücumlarının qarşısını almaq üçün minalardan istifadə edir. Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin müqavilədən çıxması üçün fərman imzalayıb. Lakin müharibə şəraiti müqavilədən çıxışı hüquqi baxımdan müvəqqəti olaraq mümkünsüz edib.

Xatırladaq ki, Mina Qadağası Müqaviləsi 1997-ci ildə Kanadanın Ottava şəhərində qəbul olunub və 1999-cu ildə qüvvəyə minib. Bu sənəd piyada və tank əleyhinə minaların istifadəsini, istehsalını, saxlanmasını və ötürülməsini qəti şəkildə qadağan edir. Hazırda 166 ölkə müqaviləyə qoşulub. Müqaviləyə qoşulmayan böyük dövlətlər arasında Rusiya, ABŞ və Çin var. Azərbaycan, Ermənistan və Gürcüstan da bu müqaviləyə qoşulmayıb. Postsovet ölkələrindən yalnız Belarus, Ukrayna və Türkmənistan Ottava Konvensiyasına imza atıb.

Konvensiya münaqişəni daha da intensivləşdirir

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, müharibə şəraitində Ottava Konvensiyasının, həmçinin digər beynəlxalq konvensiyaların həyata keçməsi  qeyri-mümkündür. “Bəli, Rusiya bu konvensiyaya qoşulmayıb və heç bir zaman da qoşulmayacaq. Ottava Konvensiyası faktiki olaraq, minaların istehsalını və minalardan istifadəni qadağan edir. Bu isə müharibə şəraitində olan Ukraynanın vəziyyətini daha da ağırlaşdıra bilər. Rusiya Ukraynada cəbhə xətti boyunca kifayət qədər ərazini minalayıb. Ukrayna nəyin bahasına olursa-olsun rus ordusunun irəliləyişinin qarşısını almalıdır. Məhz bu səbəbdən Kiyev konvensiyadan çıxmaq niyyətindədir.  Şərqi Avropa ölkələri də eyni addımı atmaq istəyirlər. Bu, təbii ki, Rusiya qorxusundan qaynaqlanır.  Həmin ölkələrdə hesab edirlər ki, nə zamansa Rusiya onların ərazilərinə də hücumlar təşkil edə bilər,” - deyə A.Nərimanlı vurğulayıb.

Azərbaycan konvensiyaya qoşulmayıb, amma...

Ermənistan yalnız işğal dövründə deyil, həmçinin 44 günlük savaş bitdikdən sonra da ərazilərimizdə mina basdırmağa davam edib. Qeyd edək ki, müharibədən sonra Laçında, eləcə də Qarabağın dağlıq ərazilərində xeyli sayda piyada əleyhinə minalar aşkarlanıb ki, onlar 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. Torpaqlarımız Ermənistan tərəfindən 1 milyondan çox mina və naməlum sayda partlamamış hərbi sursatla çirkləndirilib. Bu səbəbdən 2020-ci il Vətən müharibəsindən indiyədək 399 nəfər həlak olub və ya yaralanıb. Bütün bu hallara sakit qalmaq qeyri-mümkündür və Azərbaycan Ermənistanı bu cür əməllərinə görə cəzalandırmaq üçün beynəlxalq hüququn prosedur qaydalarına baş vurmaqda qərarlıdır. A.Nərimanlının sözlərinə görə, mina təhlükəsi və mina terroru ilə bağlı məsələlər təkcə Ottava Konvesiyası ilə deyil, həmçinin digər beynəlxalq konvensiyalar ilə də tənzimlənir. “Müxtəlif beynəlxalq konvensiyalarda, xüsusilə müharibə əleyhinə olan konvensiyalarda mina təhlükəsinin qarşısının alınmasının zəruriliyi barədə müddəalar əks olunub. Azərbaycan və Ermənistan bu konvensiyaların bəzilərinə qoşulub. Hesab edirəm ki, Ottava Konvensiyasına qoşulmadan da Ermənistanın uzunmüddətli mina terroru ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmaq mümkündür. Ölkəmizin imza atdığı beynəlxalq konvensiyalar bu istiqamətdə addım atmağa imkan verir. Azərbaycan artıq beynəlxalq məhkəmələrdə bir neçə dəfə bu barədə məsələ qaldırıb. O ki qaldı Ermənistanın öz cinayətlərinə görə cəzalandırılması məsələsinə, bu, beynəlxalq hüququn normalarından daha çox beynəlxalq güc mərkəzlərinin mövqeyindən asılıdır”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:400
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri